Mobil versiya
Dizelin qiyməti KƏSKİN DÜŞƏCƏK
Tarix: 10-10-2026 | Saat: 14:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Dizelin qiyməti KƏSKİN DÜŞƏCƏK


ABŞ Prezidenti Donald Tramp dizel yanacağının qiymətlərinin kəskin ucuzlaşacağını və İranla qarşıdurmanın tezliklə başa çatacağını gözlədiyini bəyan edib.

Bu barədə ABŞ lideri Kolumb Günü münasibətilə keçirilən tədbirdə çıxış edərkən bildirib.

"Dizel yanacağı ilə bağlı vəziyyətə dair vacib xəbərlərimiz var. Bizim nə etdiyimizi xatırlayırsınız? Biz İranın nüvə silahı əldə etməsinin qarşısını aldıq. Qiymətlər kəskin şəkildə aşağı düşəcək və bütün bunlar tezliklə bitəcək", - o deyib.

ABŞ lideri həmçinin bildirib ki, İranın ordusu, hərbi dəniz və hərbi hava donanmaları, eləcə də hava hücumundan müdafiə vasitələri artıq yoxdur./Report



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-10-2026