Azərbaycanın tarixi Zəfərindən qlobal mesaj
Tarix: 17-10-2026 | Saat: 10:21
Bölmə:Siyasət | çapa göndər

Dövlətlərin beynəlxalq münasibətlər sistemində mövqeyi yalnız coğrafi imkanları və iqtisadi potensialı ilə deyil, həm də qarşılaşdıqları mürəkkəb sınaqlardan hansı nəticələrlə çıxmaları, milli maraqlarını necə müdafiə etmələri və regional təhlükəsizliyə verdikləri töhfələrlə müəyyən olunur. Azərbaycan bu baxımdan həm ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş dövlət, həm də çoxtərəfli əməkdaşlığın inkişafına xüsusi önəm verən tərəfdaş kimi diqqət çəkir. Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündəki çıxışı ölkəmizin keçdiyi tarixi yolun və beynəlxalq münasibətlərə yanaşmasının əsas istiqamətlərini aydın şəkildə ortaya qoydu.
Azərbaycanın xarici siyasətinin təməlində dövlətlərin bərabərhüquqluluğu, suverenliyinə hörmət, ərazi bütövlüyünün qorunması və daxili işlərə qarışmamaq prinsipləri dayanır. Asiya ilə Avropanın qovşağında yerləşən ölkəmiz bu yanaşmanı yalnız siyasi bəyanatlarla məhdudlaşdırmır, ikitərəfli və çoxtərəfli əməkdaşlıq vasitəsilə onun praktik əhəmiyyətini artırır. Enerji, nəqliyyat, iqtisadiyyat və humanitar əlaqələrin genişləndirilməsi Azərbaycanın regional təhlükəsizlik və qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə verdiyi töhfənin mühüm istiqamətləridir.
Lakin müstəqilliyin bərpasından sonrakı ilk onilliklərdə Azərbaycan beynəlxalq hüququn prinsiplərinin pozulmasının ağır nəticələri ilə üzləşdi. Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərimizin təqribən 20 faizi işğal edildi, bir milyona yaxın azərbaycanlı doğma torpaqlarından qovuldu. Qarabağ və Şərqi Zəngəzurla yanaşı, indiki Ermənistan ərazisindəki tarixi yurdlarından didərgin salınan insanların taleyi münaqişənin humanitar miqyasını daha da genişləndirirdi. Buna baxmayaraq, beynəlxalq səviyyədə qəbul edilmiş qərarlar uzun illər real nəticə vermədi.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edirdi. Lakin bu sənədlərin icrasının təmin olunmaması beynəlxalq sistemin əsas problemlərindən birini üzə çıxardı. Münaqişənin həlli üçün yaradılan ATƏT-in Minsk qrupu da onilliklər ərzində nəticə əldə edə bilmədi. Beləliklə, beynəlxalq hüququn tələbləri ilə onların həyata keçirilməsi arasında ciddi fərq yarandı. Prezident İlham Əliyevin bu məsələyə geniş yer ayırması təsadüfi deyil. Dövlət başçısı Azərbaycanın nümunəsində beynəlxalq qərarların icrasını təmin edən mexanizmlərin zəruriliyini göstərir.
Ermənistanın işğal siyasətini davam etdirməsi və Azərbaycanı yeni müharibə ilə hədələməsi sülh perspektivlərini zəiflətdi. Beynəlxalq ictimaiyyətin təcavüzə qarşı təsirli mövqe ortaya qoymaması isə təzyiq və təxribatların davam etməsinə şərait yaratdı. Azərbaycan öz torpaqlarını azad etmək üçün hərbi güc tətbiq etməyə məcbur qaldı. 2020-ci ilin Vətən müharibəsi nəticəsində 44 gün ərzində 300-dən çox şəhər və kənd işğaldan azad edildi. Ermənistan noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan üçtərəfli bəyanatı qəbul etdi.
Bununla belə, Azərbaycanın qarşısında suverenliyin tam bərpası və separatizmin aradan qaldırılması vəzifəsi qalırdı. Ölkəmiz üç il ərzində bu məsələnin sülh yolu ilə həllinə çalışsa da, Ermənistanın hərbi hazırlıqlarını davam etdirməsi bölgədə gərginliyi saxlayırdı. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri bir sutkadan az müddətdə separatçı silahlı birləşmələrin müqavimətini dayandırdı. Nəticədə Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olundu.
Bu tarixi nəticənin mühüm tərəfi yalnız hərbi qələbə ilə məhdudlaşmır. Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra münaqişənin yeni mərhələyə keçməsi üçün imkan yaratdı: qarşıdurmadan sülhə, düşmənçilikdən əməkdaşlığa keçid. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, ölkəmiz otuz illik işğalın, insan itkilərinin və dağıntıların acısını yaşasa da, qələbədən sonra Ermənistana sülh təklif etdi. Azərbaycan döyüş meydanında qalib gəldi, lakin məğlub tərəfə qarşı qisasçılıq siyasəti yürütmədi. Bu mövqe sülhün möhkəmləndirilməsi üçün siyasi iradənin əhəmiyyətini göstərir.
Dövlət başçısının müharibələrin qarşısının alınması ilə bağlı səsləndirdiyi fikir də xüsusi diqqətə layiqdir. Əgər təcavüzkarın məsuliyyəti vaxtında təmin edilsə, beynəlxalq təşkilatların qərarları icra olunsa, münaqişələrin dərinləşməsi və yeni müharibələrin yaranması üçün imkanlar daralar. Azərbaycan təcrübəsi sübut edir ki, beynəlxalq hüququn selektiv tətbiqi yalnız zərərçəkən dövlətin deyil, bütövlükdə regional və qlobal təhlükəsizliyin maraqlarına ziddir. Bu baxımdan ölkəmizin mövqeyi beynəlxalq təşkilatların fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müzakirələr üçün də əhəmiyyətlidir.
Azərbaycanın AQEM-ə sədrliyi dövründə həyata keçirdiyi fəaliyyət isə bu siyasi xəttin konstruktiv tərəfini nümayiş etdirir. İki il ərzində ölkəmiz təşkilatın institusional və hüquqi imkanlarının gücləndirilməsinə, üzvlər arasında əməkdaşlığın genişləndirilməsinə, nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühit, turizm, təhsil və elm sahələrində təşəbbüslərin irəli sürülməsinə diqqət yetirib. Üzv dövlətlərin yekdil dəstəyi ilə əldə olunan nəticələr AQEM-in dialoq və qarşılıqlı fəaliyyət imkanlarını artırıb.
Beləliklə, Bakı Zirvə Görüşündə Azərbaycan həm öz tarixi təcrübəsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı, həm də əməkdaşlığın genişləndirilməsi üçün aktual istiqamətləri önə çəkdi. Ölkəmizin mövqeyi iki mühüm həqiqəti birləşdirir: suverenlik və ərazi bütövlüyü dövlətlərin toxunulmaz hüquqlarıdır, dayanıqlı sülh isə bu hüquqlara hörmət əsasında qurulmalıdır. Azərbaycanın tarixi Zəfəri və AQEM çərçivəsində təşviq etdiyi əməkdaşlıq məhz bu prinsiplərin regional sabitlik və beynəlxalq etimad üçün əhəmiyyətini nümayiş etdirir.
Emil Tağıyev,
YAP Xaçmaz rayon təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-10-2026
18:00 Müharibə bitibmi?