AQEM Zirvə görüşündə Azərbaycan mövqeyini açıqlandı
Tarix: 17-10-2026 | Saat: 10:13
Bölmə:Siyasət | çapa göndər

Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi bir daha nümayiş etdirdi. Oktyabrın 15-də dövlət və hökumət başçılarının, nümayəndə heyətlərinin qatıldığı toplantıda cənab Prezident İlham Əliyevin çıxışı təkcə Azərbaycanın keçdiyi tarixi yolun təqdimatı deyildi. Bu çıxış, eyni zamanda, beynəlxalq hüququn aliliyi, dövlətlərin suverenliyi, ikili standartların yolverilməzliyi və davamlı sülhün təmin olunması ilə bağlı aydın siyasi mövqe idi.
Azərbaycanın AQEM-ə sədrliyi dövründə təşkilatın möhkəmləndirilməsi, üzv dövlətlər arasında dialoqun genişləndirilməsi və praktiki əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində görülən işlər Zirvə Görüşünün gündəliyində mühüm yer tutdu. Laosun təşkilata yeni üzv kimi qəbul edilməsi AQEM-in coğrafi əhatəsinin genişlənməsi və Asiyada daha inklüziv dialoq platformasına çevrilməsi baxımından əhəmiyyətli hadisə oldu. Azərbaycanın sədrliyinin daha iki il uzadılması təklifinə üzv dövlətlərin dəstək verməsi isə Bakıya göstərilən etimadın ifadəsi kimi qiymətləndirilə bilər.
Cənab Prezident çıxışında Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini bir daha diqqətə çatdırdı. Dövlətimizin siyasətinin bərabərhüquqluluğa, ölkələrin daxili işlərinə qarışmamağa, suverenliyə və ərazi bütövlüyünə hörmətə söykəndiyini vurğulayan dövlət başçısı beynəlxalq münasibətlərdə seçici yanaşmaların və ikili standartların ciddi problemlər yaratdığını bildirdi. Azərbaycanın təcrübəsi göstərir ki, beynəlxalq hüquq yalnız siyasi bəyanatlarda xatırlanan norma deyil, bütün dövlətlərə eyni şəkildə tətbiq olunmalı prinsipdir.
Cənab Prezidentin çıxışında Ermənistanın uzun illər davam edən işğal siyasəti, yüz minlərlə azərbaycanlının doğma yurdlarından didərgin salınması, şəhər və kəndlərimizin dağıdılması, eləcə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasız qalması xüsusi yer tutdu. O xatırlatdı ki, 1993-cü ildə qəbul edilmiş dörd qətnamə işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını tələb etsə də, bu sənədlərin icrası uzun müddət təmin edilmədi. Münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti də nəticəsiz qaldı.
Bu faktlar Azərbaycanın beynəlxalq mövqeyinin hansı tarixi təcrübəyə əsaslandığını anlamaq baxımından vacibdir. Otuz ilə yaxın davam edən işğal, məcburi köçkünlük və dağıntılar Azərbaycan xalqına ağır itkilər yaşatdı. Buna baxmayaraq, ölkəmiz öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək hüququndan imtina etmədi. 2020-ci ilin Vətən müharibəsində qazanılan Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın bütün ərazilərində suverenliyinin bərpası dövlətimizin tarixində həlledici mərhələ oldu.
Cənab Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri də müharibə ilə sülh arasındakı mənəvi və siyasi fərqin vurğulanması idi. Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra məğlub tərəfə qarşı qisas siyasəti yürütmədi, əksinə, sülh təklif etdi. Dövlət başçısının mövqeyi ondan ibarətdir ki, Azərbaycan müharibəni seçməyib, lakin öz suverenliyini və beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyünü müdafiə etmək məcburiyyətində qalıb.
Bu gün regionda sülhün qorunması və möhkəmləndirilməsi əsas vəzifələrdən biridir. Cənab Prezident sülhün hələ də kövrək olduğunu vurğulayaraq onun qorunmasının vacibliyini bildirdi. Bu mövqe Azərbaycanın yalnız hərbi Qələbə ilə kifayətlənmədiyini, eyni zamanda, regionda uzunmüddətli sabitliyin və normal qonşuluq münasibətlərinin formalaşmasında maraqlı olduğunu göstərir. Davamlı sülh üçün qarşılıqlı etimad, siyasi iradə və beynəlxalq öhdəliklərə əməl edilməsi vacibdir.
Dövlət başçısının çıxışında AQEM-in gələcək fəaliyyəti də geniş yer aldı. Azərbaycanın təşkilata sədrliyi dövründə nəqliyyat və bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın inkişafına diqqət yetirilib. Bu istiqamətlər müasir dünyanın əsas çağırışları ilə birbaşa bağlıdır. Asiya və Avropa arasında yerləşən Azərbaycan nəqliyyat-logistika imkanları, enerji infrastrukturu və beynəlxalq tərəfdaşlıqları ilə ölkələr arasında əlaqələrin gücləndirilməsinə töhfə verə bilər.
Bakı Zirvə Görüşü bir daha göstərdi ki, Azərbaycan beynəlxalq platformalarda yalnız öz milli maraqlarını ifadə etməklə kifayətlənmir. Ölkəmiz dialoq, əməkdaşlıq və qarşılıqlı hörmət üçün imkanların genişləndirilməsinə də töhfə verir. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarda qazandığı təcrübə, regional bağlantıların inkişafında oynadığı rol və sülh gündəliyinə verdiyi önəm bu siyasətin əsas istiqamətləridir.
Cənab Prezident İlham Əliyevin AQEM-in VII Zirvə Görüşündəki çıxışı Azərbaycanın tarixi təcrübəsini, suverenlik prinsipinə sadiqliyini və gələcəyə yönəlmiş əməkdaşlıq baxışını bir araya gətirdi. Bakıdan səslənən əsas mesaj aydındır: beynəlxalq hüquq bütün dövlətlər üçün eyni dərəcədə işləməli, sülh real öhdəliklərlə möhkəmləndirilməli, əməkdaşlıq isə qarşılıqlı etimad və bərabərhüquqluluq üzərində qurulmalıdır. Azərbaycanın beynəlxalq siyasətdə müdafiə etdiyi prinsiplərin mahiyyəti də məhz bundan ibarətdir.
İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-10-2026