Mobil versiya
Fransada qiyam böyüyür - Lill şəhər meriyası darmadağın edildi
Tarix: 17-10-2026 | Saat: 23:14
Bölmə:Dünya | çapa göndər

Fransada qiyam böyüyür - Lill şəhər meriyası darmadağın edildi


Fransada keçirilən kütləvi aksiya zamanı nümayişçilər Lill şəhər meriyasının binasına basqın edərək orada vandalizm aktları törədiblər.

“aia.az” “France24” telekanalına istinadən xəbər verir ki, iğtişaşçılar binaya daxil olmağa müvəffəq olublar.

Məlumata görə, aksiyaçılar meriya binasının bir neçə qapısını sındıraraq içəri daxil olub, otaqları darmadağın etdikdən sonra sürətlə ərazidən uzaqlaşıblar.

Kanalın məlumatına görə, şəhər mərkəzində yüzlərlə aksiya iştirakçısı ilə polis qüvvələri arasında şiddətli toqquşmalar günortadan bəri davam edir. İğtişaş iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı fişənglər, daş və şüşə butulkalar atıblar. Polis isə cavab olaraq gözyaşardıcı qaz və səs-işıq qumbaralarından istifadə edib.

Xatırladaq ki, Fransada kütləvi etirazlar yanacağın kəskin bahalaşması və əhalinin alıcılıq qabiliyyətinin düşməsinə qarşı keçirilir. Paris, Lion və Marsel kimi böyük şəhərlərdə də analoji sərt toqquşmalar və polis məntəqələrinə basqınlar qeydə alınıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-10-2026