Mobil versiya
Göydəniz Qəhrəmanov: “Keçmiş məcburi köçkünlərin Füzuliyə qayıdışı tarixi Zəfərin xalqımızın taleyində bir təcəssümüdür”
Tarix: 17-10-2026 | Saat: 23:47
Bölmə:Manşet / Siyasət | çapa göndər

Göydəniz Qəhrəmanov: “Keçmiş məcburi köçkünlərin Füzuliyə qayıdışı tarixi Zəfərin xalqımızın taleyində bir təcəssümüdür”

“Füzulinin azad edilməsi Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Qələbənin ən mühüm səhifələrindən biri olsa da, bu Zəfərin əsl mənası sonrakı mərhələdə daha aydın görünməyə başladı. Çünki torpağın azad olunması ilə əsas məqsədə gedən yolun yalnız bir hissəsi tamamlanmışdı. Qarşıda həmin torpaqlara həyatı qaytarmaq, illərlə doğma yurd həsrəti yaşayan insanları öz ev-eşiklərinə qovuşdurmaq kimi tarixi vəzifə dayanırdı. Bu gün Füzulidə həyata keçirilən Böyük Qayıdış məhz Zəfərin insan taleyində, insanların gündəlik həyatında öz real təcəssümünü tapmasıdır. Füzuli rayonunun sakinləri işğal nəticəsində uzun illər məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdular. İnsanlar Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda, eləcə də ölkənin müxtəlif bölgələrində yataqxanalarda, sanatoriyalarda, yarımçıq tikililərdə və digər müvəqqəti məskunlaşma yerlərində yaşayırdılar. Onların həyatında bir amal isə dəyişməz olaraq qalırdı: nə vaxtsa doğma yurda qayıtmaq.”

Bunları Millət vəkili Göydəniz Qəhrəmanov 17 Oktyabr – Füzuli şəhəri günü ilə bağlı aia.az-a verdiyi açıqlamasında deyib.

Deputat bildirib ki, bu arzunun reallaşması üçün tarixi şəraiti 2020-ci ilin Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə yaratdı: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli istiqamətində ən ağır döyüşlərdən keçərək düşmənin uzun illər ərzində qurduğu müdafiə sədlərini yarıb. Oktyabrın 17-də Füzuli şəhəri və bir sıra kəndlərin işğaldan azad edilməsi həmin torpaqların yeni taleyini müəyyənləşdirdi. Vətən müharibəsi dövründə rayonun ümumilikdə 62 yaşayış məntəqəsinin azad olunması Füzulinin doğma sakinləri üçün də böyük qayıdışın başlanğıcına çevrildi. Azad edilmiş torpaqlara dönüş, təbii ki, sadəcə insanların köçürülməsi ilə məhdudlaşa bilməzdi. Otuz ilə yaxın işğal altında qalan ərazilərdə yaşayış üçün bütün zəruri şəraitin yaradılması, təhlükəsizliyin təmin olunması, dağıdılmış infrastrukturun yenidən qurulması tələb olunurdu. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə bu vəzifəyə sistemli yanaşdı. İlk növbədə ərazilərin minalardan təmizlənməsi, daha sonra isə müasir yaşayış və sosial infrastrukturun yaradılması istiqamətində geniş işlər görüldü. 2023-cü il avqustun 18-də Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanması Böyük Qayıdış Proqramının mühüm mərhələlərindən biri oldu. İlk mərhələdə 144 ailənin doğma yurda köçürülməsi uzun ayrılıqdan sonra yaşanan qovuşmanın rəmzinə çevrildi. Bu ailələrin bir qismi uzun illər ağır və müvəqqəti şəraitdə yaşasa da, doğma torpağa bağlılığını heç vaxt itirməmişdi.”

Qayıdış proqramının uğurlu icrası barədə fikirlərini davam etdirən Parlament üzvü daha sonra belə deyib: “2024-cü ilin yanvarında növbəti köç karvanının Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınması dövlətin bu istiqamətdə həyata keçirdiyi ardıcıl siyasətin davamı idi. Müxtəlif bölgələrdə müvəqqəti məskunlaşmış ailələrin mərhələli şəkildə Füzuliyə köçürülməsi yeni həyatın getdikcə genişlənən miqyasını göstərir. Bu günədək Füzuliyə yüzlərlə ailənin, minlərlə insanın köçürülməsi artıq Böyük Qayıdışın konkret nəticələrini ortaya qoyur. Ancaq əsas məsələ təkcə rəqəmlərdə deyil. Hər bir ailənin qayıdışı bir insan taleyinin, bir ailə tarixinin yenidən doğma torpaqla qovuşması deməkdir. Uzun illər məcburi köçkün həyatı yaşayan insanların öz şəhərində yaşaması, uşaqların doğma yurdda böyüməsi və yeni nəslin Füzulinin gələcəyini qurması ən böyük mənəvi qazancdır. Böyük Qayıdışın qarşıdakı mərhələləri də Füzulinin inkişaf perspektivlərinin nə qədər geniş olduğunu göstərir



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-10-2026