Mobil versiya
Hörmüzdə tanker minaya düşdü
Tarix: 17-10-2026 | Saat: 20:15
Bölmə:Dünya | çapa göndər

Hörmüzdə tanker minaya düşdü


“Hörmüz boğazında İranla razılaşdırılmamış qanunsuz marşrutla hərəkət etməyə cəhd edən ikinci neft tankeri minaya düşərək partlayıb”.

“aia.az” “Press TV” telekanalına istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.

SEPAH-ın məlumatına görə, minaya düşən tanker 2 milyon bareldən çox neft daşıyırmış:

“Gəmi minaya çırpıldıqdan sonra maşın şöbəsində güclü partlayış baş verib. Gəmi Hörmüz boğazından keçməzdən əvvəl naviqasiya sistemlərini qəsdən söndürüb”.

Qeyd edək ki, şənbəyə keçən gecə də eyni boğazda oxşar şəkildə başqa bir neft tankerinin minaya düşdüyü bildirilmişdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-10-2026