İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
Tarix: 23-10-2026 | Saat: 17:02
Bölmə:Dünya | çapa göndər

Hazırda Ermənistanın Baş naziri Nikol Paşinyan sülh müqaviləsini təcili imzalamağı tələb edən hər hansı təzyiq hiss etmir. Bununla yanaşı, o, sülh müqaviləsinin imzalanmasından da imtina etmir və bunun Ermənistan üçün zəruri olduğunu anlayır.
aia.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Kortunov Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması perspektivlərini şərh edərkən deyib.
“Paşinyanın bəyanatları heç də həmişə ardıcıl olmur. Son günlər onun Azərbaycanla sülh müqaviləsinin imzalanma müddəti ilə bağlı açıqlamaları bir-biri ilə tam uzlaşmırdı. Sülh həm Ermənistan, həm də şəxsən Paşinyan üçün həyati əhəmiyyət daşıyır. Paşinyan sülh müqaviləsinin imzalanmasını ləngidərsə, Azərbaycan Ermənistanla ticarət-iqtisadi və nəqliyyat layihələrini dayandıra bilər. Sülh prosesinin uzadılması son nəticədə Ermənistana heç bir fayda gətirməyəcək. Paşinyan sülh müqaviləsinin imzalanması məsələsində manevr imkanına malik olduğunu düşünə bilər. Lakin İrəvanla Moskva arasında münasibətlərin mürəkkəb dövr yaşadığı bir vaxtda Ermənistan hakimiyyətinin sülh müqaviləsinin imzalanmasını uzatması və Bakının da bu müqaviləyə İrəvan qədər ehtiyac duyduğunu göstərməyə çalışması ağılsızlıqdır. Ermənistan hakimiyyəti belə bir “oyun” strategiyası seçəcəyi təqdirdə çoxsaylı əsassız risklərlə və potensial strateji itkilərlə üzləşə bilər”, – o bildirib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-10-2026
15:05 Qubadlı dirçəlir