YAP Oğuz rayon təşkilatının ərazi partiya təşkilatlarında VIII Qurultayın yekunlarına həsr olunmuş görüşlər davam etdirilir -Fotolar
Tarix: 23-10-2026 | Saat: 16:14
Bölmə:Özəl | çapa göndər

23 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının "Xaçmaz kəndi", "Xaçmaz-2 kəndi", "Xaçmaz kənd məktəbləri"və "Filfilli kəndi" ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrə həsr olunmuş görüşlər keçirilib.
Görüşlərdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Ərazi Partiya Təşkilat sədirləri və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Tədbirlərdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşlərin keçirilməsində əsas məqsəd Qurultayda müəyyənləşdirilmiş prioritet istiqamətlərin, qarşıda duran vəzifələrin və partiyanın gələcək fəaliyyət strategiyasının ərazi partiya təşkilatlarının üzvlərinə çatdırılması, eləcə də partiya fəallarının maarifləndirilməsi və ideoloji işin daha da gücləndirilməsidir.
Görüşlərdə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov VIII Qurultayın ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını diqqətə çatdırıb. O, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Qurultayda səsləndirdiyi nitqin əsas məqamlarına toxunaraq, partiyanın qarşıdakı dövr üçün müəyyənləşdirilən prioritetləri və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.Saleh Məhərrəmov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasından sonra keçirilən VIII Qurultay partiyanın gələcək fəaliyyətinin təşkili baxımından mühüm əhəmiyyət daşıyır. O, bu mərhələdə əldə edilmiş tarixi uğurların qorunmasının, dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsinin, milli birliyin və həmrəyliyin gücləndirilməsinin, eləcə də ölkənin davamlı inkişafına xidmət edən təşəbbüslərin dəstəklənməsinin vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən "Xaçmaz kəndi" ərazi partiya təşkilatının sədri Teymur Atakişiyev, " Filfilli kəndi" ərazi partiya təşkilatının sədr müavini Osman Dadaşov, Xaçmaz kənd 2 saylı tam orta ümumtəhsil məktəbinin direktor muavini Cahan Məmmədli, Xaçmaz kənd 2 saylı körpələr evi-uşaq bağçasının mudiri Cinarə Əlifova, Xaçmaz kənd 1 saylı uşaq bağçası- körpələr evinin müdiri Çinarə Atakişiyeva, Xaçmaz kənd 1 saylı tam orta ümumtəhsil məktəbinin müəllimi Zaur Əzizov Qurultayda qarşıya qoyulan vəzifələrin əhəmiyyətindən bəhs edərək, partiyanın müəyyənləşdirdiyi hədəflərin yerli səviyyədə həyata keçirilməsi, partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəallığının artırılması və əhali ilə əlaqələrin daha da genişləndirilməsi istiqamətində fikirlərini bölüşüblər.
Sonda VIII Qurultayda qarşıya qoyulan vəzifələrin yerli səviyyədə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, ərazi partiya təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi, partiya üzvlərinin təşəbbüskarlığının artırılması və ictimaiyyətlə əlaqələrin gücləndirilməsi Yeni Azərbaycan Partiyasının qarşıdakı dövrdə fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə mühüm töhfə verəcək.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər