Mobil versiya
"TikTok"er "İsican" həbs edildi
Tarix: 23-10-2026 | Saat: 16:57
Bölmə:Ölkə | çapa göndər

"TikTok"er "İsican" həbs edildi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, TikTokda "İsican" adıyla yayımlar açan 2001-ci il təvəllüdlü Quliyev İsa Niyazəli oğlu "TikTok" da canlı yayım zamanı söyüş söydüyünə görə polis tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada
göstərilməsi) maddəsi ilə ittiham irəli sürülüb və aidiyyəti üzrə Cəlilabad rayon məhkəməsinə göndərilib.

Cəlilabad rayon Məhkəməsinin yekun qərarı ilə İsa Quliyev 15 sutka inzibati qaydada həbs edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-10-2026