Mobil versiya
İsveçrə və İsveç Bakıdakı U-15 dünya çempionatında iştirak etməyəcək
Tarix: 23-10-2026 | Saat: 17:13
Bölmə:İdman | çapa göndər

İsveçrə və İsveç Bakıdakı U-15 dünya çempionatında iştirak etməyəcək

İsveçrə və İsveç yığmaları Bakıda keçiriləcək U-15 dünya çempionatında iştirak etməyəcək.

aia.az xəbər verir ki, İsveçrə Futbol Assosiasiyasının mətbuat katibi Serjio Affuso və İsveç gənclər futbol yığmalarının rəhbəri Tomas Tureson qərarlarının səbəblərini açıqlayıblar.

Serjio Affuso bildirib ki, İsveçrə Futbol Assosiasiyası FIFA-dan dəvəti iyunun 25-də alıb, iyulun 9-da isə idman və texniki səbəblərə görə turnirdə iştirakdan imtina edib.

Onun sözlərinə görə, hazırda İsveçrədə U-15 yaş qrupunda istedadlı futbolçuların müəyyənləşdirilməsi prosesi aparılır. Dekabr ayına qədər işlər üç regionlararası təlim mərkəzində davam edəcək. Ayın ortalarında keçiriləcək turnirdən sonra hər birində 30 oyunçu olmaqla iki qrup yaradılacaq. Futbolçular fiziki inkişaf templərinə görə qruplaşdırılacaqlar.

İsveç gənclər futbol yığmalarının rəhbəri Tomas Tureson isə açıqlamasında ölkəsinin bu yaş kateqoriyasında milli komandasının olmadığını bildirib.

"İsveçdə U-15 kateqoriyasında milli komanda yoxdur. Bizim gənclərdən ibarət milli komanda proqramımız 16 yaşdan başlayır. Buna görə də turnirdə U-15 komandası ilə iştirak etməyəcəyik", - deyə o qeyd edib.

Qeyd edək ki, FIFA-nın təşkilatçılığı ilə keçiriləcək U-15 dünya çempionatı oktyabrın 22-dən 31-dək Bakıda baş tutacaq. Yarış FIFA-ya üzv olan bütün milli assosiasiyalar üçün açıqdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-10-2026