İbad Hüseynov niyə Gürcüstana buraxılmayıb?
Tarix: 23-10-2026 | Saat: 17:27
Bölmə:Gündəm | çapa göndər

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun Gürcüstanın Tiflis şəhərində hava limanında saxlanılmasının səbəbi açıqlanıb.
Musavat.com xəbər verir ki, Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik Azay Kərimov Milli Qəhrəmanın Gürcüstana buraxılmamasının onun Ermənistan tərəfindən beynəlxalq axtarışa verilməsi ilə bağlı olduğunu bildirib.
Azay Kərimov sosial şəbəkə hesabında paylaşım edərək İbad Hüseynovla şəxsən danışdığını və araşdırmanın davam etdiyini qeyd edib.
“Dostumuz, qardaşımız, silahdaşımız, Azərbaycanın Milli Qəhrəmanı, "Azərbaycan bayrağı" ordenli İbad Hüseynov Gürcüstanın Tbilisi şəhərində saxlanılıb və 9 saat müddətində ona qarşı olmazın hörmətsizliyi edilib. Stoldan durmağa, telefonla danışmağa, otaqda hərəkət etməyə, su içməyə belə icazə verilməyib. İndi Gürcüstanın Azərbaycan səfirliyindədir. 20 dəqiqə olar, şəxsən özü ilə danışdım və araşdırma hələ də davam edir.
İbad Hüseynov ermənilər tərəfindən İnterpol xətti ilə axtarışa verilib və buna görə də onunla beynəlxalq terrorçu kimi davranıblar, hörmətsizlik ediblər. Səbəb budur”, – deyə polkovnik bildirib.
Azay Kərimov Qarabağ müharibəsi iştirakçılarının üzləşdiyi problemlərdən də danışıb. O, bəzi silahdaşlarının adlarının da müxtəlif siyahılarda olduğunu vurğulayaraq, gələcəkdə oxşar halların baş verə biləcəyindən narahatlığını ifadə edib.
“Biz ancaq iki ölkəyə - Ukrayna və Türkiyəyə sərbəst gedib-gələ bilərik. Bu gün İbad Hüseynovun bəxti gətirdi, amma gələn dəfə heç birimizin bəxti gətirməyə bilər. Düşünürəm ki, sabah İbad Hüseynov sağ-salamat Azərbaycana, Vətəninə qayıda biləcək”, – deyə Azay Kərimov qeyd edib.
Xatırladaq ki, İbad Hüseynov ötən gün səhər saatlarında Gürcüstanın hava limanında saxlanılıb və saatlarla ölkəyə girişinə icazə verilməyib. Ona saxlanılmasının konkret səbəbi açıqlanmayıb, yalnız Gürcüstana daxil olmasının təhlükəli ola biləcəyi bildirilib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin müdaxiləsindən sonra Milli Qəhrəmanın ölkəyə girişinə icazə verilib. İbad Hüseynov daha sonra dəvət olunduğu tədbirdə iştirak edib.
Şahanə Rəhimli
Musavat.com
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-10-2026
15:05 Qubadlı dirçəlir