Tovuzda YAP-nın VIII Qurultayın qərarlarından irəli gələn məsələlərlə bağlı silsilə tədbirlər davam etdirilir -Fotolar
Tarix: 26-10-2026 | Saat: 17:43
Bölmə:Özəl | çapa göndər

Tədbir iştirakçıları ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
aia.az xəbər verir ki, tədbirdə YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov, aparatın məsləhətçisi Emin Feyzizadə, ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.
Çıxış edən YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov və ərazi partiya təşkilatının sədri Elmira Mürşüdlü Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər və müəyyən etdiyi fəaliyyət istiqamətləri barədə danışıblar.
Görüşdə ölkəmizin inkişaf strategiyasının əsas hədəfləri, milli maraqların qorunması, dövlətçilik ideyalarının təbliği, ideoloji təhlükəsizliyin təmin olunması və Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycanın əldə etdiyi uğurların ictimaiyyətə çatdırılması, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi və həyata keçirilən dövlət siyasətinin mahiyyətinin düzgün izah edilməsi mühüm əhəmiyyət daşıyır.
Çıxışlarda ideoloji işin gücləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik ənənələrinin təbliği məsələlərinə xüsusi diqqət yetirilib. Həmçinin informasiya mühitində obyektivliyin qorunması, dezinformasiyalara qarşı mübarizə, milli maraqların müdafiəsi və ideoloji təhlükəsizliyin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
Bildirilib ki, partiya üzvləri vətəndaşlarla əlaqələri daha da gücləndirməli, ölkədə həyata keçirilən daxili və xarici siyasətin mahiyyətini ictimaiyyətə dolğun şəkildə çatdırmalı, gənclərin ictimai-siyasi proseslərdə fəallığının artırılmasına töhfə verməlidirlər. Sonda qarşıya qoyulan vəzifələrin ardıcıl icrasının, ideoloji işin sistemli təşkilinin və partiya fəallarının fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyi qeyd olunub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-10-2026