Mobil versiya
Netanyahu Trampdan kömək istəyib? – Ağ Evdən diqqətçəkən iddia
Tarix: 26-10-2026 | Saat: 19:42
Bölmə:Özəl | çapa göndər

Netanyahu Trampdan kömək istəyib? – Ağ Evdən diqqətçəkən iddia




İsrailin Baş naziri Benyamin Netanyahunun seçki kampaniyasına dəstək almaq məqsədilə ABŞ Prezidenti Donald Trampa dəfələrlə müraciət etdiyi iddia olunur.

“Axios”un mənbələrə istinadən yaydığı məlumata görə, Netanyahu son üç gündə Trampla iki dəfə danışaraq ondan “Truth Social” platformasında dəstək paylaşımlarını artırmasını istəyib.

İddiaya əsasən, İsrailin baş naziri əlavə dəstək bəyanatları üçün mətn də təklif edib. Amerika mənbəsi Ağ Evdə bu müraciətlərin Netanyahunun seçki kampaniyası ilə bağlı narahatlığının göstəricisi kimi qiymətləndirildiyini bildirib.

Lakin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyasının sözçüsü Neta Molho baş nazirin Trampdan seçki kampaniyasına dəstək istəməsi barədə məlumatları təkzib edib.

Qeyd edək ki, Tramp bir neçə gün əvvəl “Truth Social” hesabında Netanyahunun seçkilərdə qalib gəlməsini istədiyini açıqlayıb. ABŞ Prezidenti onu Vaşinqtonun İsraildə ehtiyac duyduğu tərəfdaş kimi xarakterizə edib.

Netanyahunun Trampla danışığının məzmunu barədə yayılan iddialar isə tərəflər tərəfindən təsdiqlənməyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-10-2026