Mobil versiya
İrandan danışıqlarla bağlı sərt ultimatum – “Yeddi şərt qəbul edilməlidir”
Tarix: 30-10-2026 | Saat: 21:00
Bölmə:Özəl | çapa göndər

İrandan danışıqlarla bağlı sərt ultimatum – “Yeddi şərt qəbul edilməlidir”




İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Tehran tərəfindən irəli sürülən yeddi şərt üzrə razılıq əldə olunmadan danışıqlarda irəliləyişin mümkün olmadığını bəyan edib.

Qalibaf bu barədə “X” sosial şəbəkəsində paylaşım edərək İranın mövqeyinin vasitəçilərə dəfələrlə və açıq şəkildə çatdırıldığını bildirib.

Onun sözlərinə görə, təzyiq və güzəşt vədlərinin birlikdə tətbiqinə əsaslanan siyasət Tehranı öz mövqeyindən çəkindirməyəcək.

“Kökə və qamçı siyasəti İrana təsir etmir. İrəliləyiş yalnız İranın yeddi şərti razılaşdırıldıqdan sonra mümkün ola bilər”, – deyə parlament sədri vurğulayıb.

Qalibafın açıqlaması İranın danışıqlarda öz tələblərini əsas şərt kimi irəli sürdüyünü göstərir.

Lakin parlament sədri sözügedən yeddi şərtin konkret nələrdən ibarət olduğunu açıqlamayıb. Bu səbəbdən Tehranın hansı məsələlər üzrə razılıq tələb etdiyi hələlik məlum deyil.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-10-2026