YAP Şəmkir rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında VIII Qurultayın müəyyən etdiyi inkişaf xətti üzrə görüşlər keçirilib -Fotolar
Tarix: 30-10-2026 | Saat: 18:39
Bölmə:Ölkə | çapa göndər

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı üzrə Şəmkir rayonu Təhsil İşçiləri, Nizami Gəncəvi, Əhməd Cavad, Cahangir Rüstəmov, Sərxan, Yeni-Gğyçə kənd, Dağ-Cəyir kənd və Çaykənd kənd ərazi partiya təşkilatlarının fəal üzvlərinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlərin və qarşıya qoyulan prioritet vəzifələrin müzakirəsinə həsr olunmuş tədbirlər keçirilib.
İlk öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilat sədrləri və fəallar iştirak ediblər.
Çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev Partiyanın VIII Qurultayının əhəmiyyətindən, Prezident İlham Əliyevin çıxışında müəyyənləşdirilən əsas istiqamətlərdən və qarşıda duran vəzifələrdən bəhs edib. O, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasından sonra ölkəmizin qarşısında yeni inkişaf hədəflərinin dayandığını vurğulayıb. Bildirib ki, partiya üzvləri Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kursun həyata keçirilməsində fəal iştirak etməli, dövlətçilik prinsiplərinin, milli maraqların və Heydər Əliyev ideyalarının təbliğinə öz töhfələrini verməlidirlər.
Digər çıxış edən partiya fəalları VIII Qurultayda səsləndirilən fikirlərin əhəmiyyətindən danışıb. O, mədəniyyət sahəsində çalışan partiya üzvlərinin milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və dövlətçilik ideyalarının təbliği istiqamətində üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməsinin vacibliyini qeyd ediblər.
Tədbir mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-10-2026