Mobil versiya
Almaniyadan Rusiya və Belarusa qarşı yeni hərbi addım – Litvada xüsusi sistemlər yerləşdirilir
Tarix: 30-10-2026 | Saat: 19:17
Bölmə:Özəl | çapa göndər

Almaniyadan Rusiya və Belarusa qarşı yeni hərbi addım –


Almaniya Rusiya və Belarusun hərbi fəaliyyətini izləmək məqsədilə Litvada elektron müharibə və kəşfiyyat imkanlarını genişləndirməyə hazırlaşır.

“Reuters” agentliyinin məlumatına görə, Almaniya Silahlı Qüvvələrinin kiberqüvvələrinə rəhbərlik edən vitse-admiral Tomas Daum Litvadakı hərbi bölmələrdən elektron kəşfiyyat məqsədilə istifadə olunacağını açıqlayıb.

Onun sözlərinə görə, əsas məqsəd Rusiya və Belarus ərazisində fəaliyyət göstərən radar sistemləri və digər radioelektron avadanlıqlar haqqında məlumat toplamaqdır.

Almaniya hərbi bölməsinin 2027-ci ilə qədər Litvada tam şəkildə yerləşdirilməsi planlaşdırılır.

Hazırda alman hərbçilər bölgədə pilotsuz uçuş aparatlarının aşkarlanması sistemlərini, radio siqnallarını tutan avadanlıqları və elektron maneə vasitələrini sınaqdan keçirirlər.

Bundan əlavə, döyüş meydanından toplanan məlumatların uzaq məsafədə fəaliyyət göstərən analitiklərə operativ ötürülməsi üçün xüsusi sensorlardan istifadə nəzərdə tutulur.

Bu addım Almaniyanın NATO-nun şərq cinahında elektron kəşfiyyat və müdafiə imkanlarını gücləndirmək planlarının bir hissəsi kimi qiymətləndirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-10-2026