Mobil versiya
Bazarlarda alıcıları aldadan üsullar – Palçıqlı kartof və isladılmış qozla bağlı xəbərdarlıq
Tarix: 03-11-2026 | Saat: 19:00
Bölmə:Özəl | çapa göndər

Bazarlarda alıcıları aldadan üsullar – Palçıqlı kartof və isladılmış qozla bağlı xəbərdarlıq




Bazarlarda və marketlərdə bəzi məhsulların çəkisinin süni şəkildə artırılması ilə bağlı hallar istehlakçıların narahatlığına səbəb olur. Xüsusilə kartofun qalın palçıq qatı ilə satılması, qoz və digər məhsulların isə su ilə isladılması alıcıların əlavə pul ödəməsinə gətirib çıxara bilər.

Qida eksperti Asim Vəliyev bildirib ki, meyvə-tərəvəz və çərəz alarkən yalnız məhsulun görünüşünə deyil, onun keyfiyyətinə və saxlanma vəziyyətinə də diqqət yetirilməlidir.

Ekspertin sözlərinə görə, kartofun üzərində torpaq olması onun təhlükəli olduğu anlamına gəlmir. Lakin həddindən artıq palçıq məhsulun zədələnmiş və ya çürümüş hissələrinin görünməsinə mane ola bilər.

“Əzilmiş, çürümüş, kiflənmiş, ciddi zədələnmiş və pis qoxusu olan məhsulları almaq məsləhət deyil”, – deyə mütəxəssis vurğulayıb.

Asim Vəliyev qoz və digər çərəzlərin su ilə isladılaraq çəkisinin artırılması məsələsinə də toxunub. O bildirib ki, bu cür məhsullarda artıq nəmlik saxlanma müddətinə mənfi təsir göstərir və kiflənmə riskini yüksəldə bilər.

Ekspert alıcılara həddindən artıq nəm, yapışqan, kiflənmiş və xoşagəlməz qoxusu olan çərəzlərdən uzaq durmağı tövsiyə edib.

Meyvə və tərəvəzlərin üzərində su damcılarının olması isə onların mütləq keyfiyyətsiz olduğunu göstərmir. Burada əsas məsələ məhsulla təmas edən suyun təmizliyidir. Çirkli su mikrobioloji çirklənməyə səbəb ola bilər.

Mütəxəssis məhsulların evdə düzgün yuyulmasının da vacibliyini xatırladıb.

“Meyvə və tərəvəzləri axar su altında yaxşı yumaq lazımdır. Bu zaman sabun, yuyucu vasitə və ağardıcı maddələrdən istifadə edilməməlidir”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, kartof kimi bərk səthli məhsulları təmiz fırça ilə yumaq mümkündür. Bununla belə, yuma prosesi mikroorqanizmlərin miqdarını azaltsa da, onların tamamilə aradan qalxmasına zəmanət vermir.

Ekspert istehlakçılara məhsulları diqqətlə seçməyi, həddindən artıq nəmli və zədələnmiş qidalardan uzaq durmağı məsləhət görüb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-11-2026