Paşinyandan Türkiyə ilə bağlı mühüm bəyanat – Diplomatik əlaqələr qurulacaq
Tarix: 06-11-2026 | Saat: 20:00
Bölmə:Özəl | çapa göndər

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqların gələcəyinə dair yeni açıqlama verib.
Paşinyan bildirib ki, Ermənistan və Türkiyə arasında hazırda rəsmi diplomatik münasibətlər mövcud olmasa da, yaxın gələcəkdə bu əlaqələrin qurulacağına əmindir.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin əsasını qarşılıqlı olaraq ərazi bütövlüyünün, suverenliyin və dövlət sərhədlərinin tanınması təşkil etməlidir.
Ermənistanın baş naziri vurğulayıb ki, diplomatik münasibətlərin yaradılması real perspektivdir və bunun qarşısında obyektiv maneə görmür.
Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin tərkib hissəsi kimi bir sıra praktiki addımlar da nəzərdə tutulur.
Bunlardan biri iki ölkə sərhədində yerləşən tarixi Ani körpüsünün bərpasıdır. Ermənistan tərəfinin məlumatına görə, bununla bağlı Anlaşma Memorandumu imzalanıb və bərpa işlərinə yaxın zamanda başlanması planlaşdırılır.
Bununla yanaşı, Ankara və İrəvan arasında xüsusi nümayəndələr səviyyəsində danışıqlar davam etdirilir.
Müzakirələrin əsas istiqamətləri quru sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılması və diplomatik nümayəndəliklərin fəaliyyətə başlamasıdır.
Paşinyanın son bəyanatı Ermənistan rəhbərliyinin Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesini davam etdirmək niyyətini bir daha ortaya qoyur. Bununla belə, diplomatik əlaqələrin qurulacağı konkret tarix hələ açıqlanmayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-11-2026