Mobil versiya
NATO Belarus sərhədinə 6 mindən çox hərbçi topladı – Almaniya ordusu genişmiqyaslı təlimə başladı
Tarix: 06-11-2026 | Saat: 21:14
Bölmə:Özəl | çapa göndər

NATO Belarus sərhədinə 6 mindən çox hərbçi topladı – Almaniya ordusu genişmiqyaslı təlimə başladı




NATO-nun şərq cinahında hərbi fəallıq artır. Litvada, Belarus sərhədinin yaxınlığında Almaniya Silahlı Qüvvələrinin rəhbərliyi ilə genişmiqyaslı hərbi təlimlərə start verilib.

Litva Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 6-dan dekabrın 3-dək davam edəcək manevrlər “Freedom Shield 26-II” (“Azadlıq Qalxanı 26-II”) və “Grand Eagle 26” (“Böyük Qartal 26”) adları altında keçirilir.

Təlimlərə Almaniya ordusunun 10-cu tank diviziyasına daxil olan iki briqadadan 6 mindən çox hərbçi cəlb edilib.

Hərbi manevrlərin əsas hissəsinin Belarus sərhədindən təxminən 15-20 kilometr məsafədə yerləşən Pabrade poliqonunda təşkil olunduğu bildirilir.

Təlimlərin başlıca məqsədi Almaniyanın Litvada daimi yerləşdirilən 45-ci tank briqadasının döyüş hazırlığını yoxlamaq, hərbi bölmələr arasında koordinasiyanı gücləndirmək və NATO-nun şərq cinahında ağır zirehli texnikanın sürətli yerdəyişməsini məşq etdirməkdir.

Manevrlər zamanı tank bölmələrinin döyüş fəaliyyəti, pilotsuz uçuş aparatlarından istifadə və radioelektron mübarizə imkanları da sınaqdan keçirilir.

Hərbi təlimlərdə müasir döyüş şəraitində bölmələrin çevik hərəkəti, əməliyyatların əlaqələndirilməsi və müxtəlif hərbi texnologiyaların birgə tətbiqinə xüsusi diqqət ayrılır.

Belarus sərhədinə yaxın ərazidə keçirilən bu manevrlər NATO-nun Baltik regionunda müdafiə hazırlığını gücləndirmək istiqamətində həyata keçirdiyi tədbirlərin bir hissəsidir.

Təlimlərin dekabrın 3-də başa çatması nəzərdə tutulur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-11-2026