Kənd də dirçəldi, ağaclar da... - Fotolar
Tarix: 06-11-2026 | Saat: 18:55
Bölmə:Gündəm / Ölkə | çapa göndər

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
“aia.az” xəbər verir ki, Cahangirbəyli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
İşğal dövrünədək kənddə məktəb, uşaq bağçası, mədəniyyət evi və rabitə şöbəsi fəaliyyət göstərib. Əhali isə əsasən baramaçılıq, taxılçılıq, üzümçülük və heyvandarlıqla məşğul olub. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 21-də kəndi işğaldan azad edib. Cahangirbəyli kəndinin təməlini Prezident İlham Əliyev 2023-cü ilin mayında qoyub.
Ümumi sahəsi 179,5 hektar olan Cahangirbəyli kəndində birinci mərhələ üzrə 62,57 hektar ərazidə 242 fərdi evin, məktəb binasının, körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin və çoxfunksiyalı binanın tikintisi həyata keçirilib. Evlər 2, 3, 4, 5 otaqlıdır. Onların hamısı su, işıq, qaz, Günəş panelləri və yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollar da asfaltlanıb.
Kənddəki çoxfunksiyalı binada həkim-tibb məntəqəsi, aptek, market, dərzi, gözəllik salonu fəaliyyət göstərəcək.
Cahangirbəylidə 80 yerlik körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təmin olunmasına xüsusi diqqət yetirilib. Buradakı otaqlarda uşaqların istirahəti, həmçinin onların ilkin bilik və bacarıqlarının üzə çıxarılması üçün zəruri şərait yaradılıb.
Kənddə, inzibati binanın yaxınlığında Bayraq meydanı da inşa edilib. Burada ucaldılmış bayrağın hündürlüyü 10,4 metr təşkil edir. Bayraq meydanının yaxınlığında isə uşaq oyun meydançası, sakinlərin sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyinin artırılması məqsədilə idman zonası və park yaradılıb.
Bütün bu gözoxşayan fotolara nəzər salmadan əvvəl həm də xatirələrimizdə illər əvvəlin, dəqiq desək 2021-ci ilin Cahangirbəylisi canlanır.
Dağılmış, talan olunmuş, daş üstə daş qalmayan Cahangirbəyli.
Həmin ildə Müdafiə Nazirliyi tərəfindən lentə alınmış aşağıdakı kadrlar hər şeyi bütün sözlərdən daha aydın şəkildə nümayiş etdirir:
İndi isə daş üstə daş qalmayan bu doğma diyarda biz artıq düşmənlərə göz dağı olan qala qurmuşuq:
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-11-2026