Bu gün “Qarabağ”ın oyunu var
Tarix: 22-11-2026 | Saat: 09:17
Bölmə:İdman | çapa göndər

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulacaq.
“aia.az” xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında “Neftçi” Şamaxı şəhər stadionunda “Araz-Naxçıvan”ın qonağı olacaq. Görüş saat 14:30-da start götürəcək.
Turnir cədvəlində paytaxt klubu 24 xalla 2-ci, Naxçıvan təmsilçisi 4 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.
Turun bağlanış oyununda isə “Kəpəz” öz meydanında “Qarabağ”ı sınağa çəkəcək. Gəncə şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.
Hazırda 10 oyundan 19 xalı olan Ağdam təmsilçisi 5-ci sırada yer alıb. Gəncə klubu isə 17 xalla 6-cıdır.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Sumqayıt”a 5:1, “Turan Tovuz” “Şamaxı”ya, “Qəbələ” “Şəfa”ya 2:0 hesabı ilə qalib gəlib, “Zirə” isə “İmişli” ilə heç-heçə edib – 2:2.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-11-2026
21-11-2026