Göydəniz Qəhrəmanov: “Yeni Azərbaycan Partiyası milli həmrəyliyin və güclü dövlətçiliyin siyasi dayağıdır”
Tarix: 21-11-2026 | Saat: 22:26
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Azərbaycanın müstəqilliyini yenicə bərpa etdiyi, lakin dövlətçiliyinin ciddi təhlükələrlə üzləşdiyi 1990-cı illərin əvvəlləri tariximizin ən mürəkkəb mərhələlərindən biri kimi yadda qalıb. Həmin dövrdə ölkədə hökm sürən siyasi qeyri-sabitlik, hakimiyyət böhranı, iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü dövlət müstəqilliyimizin gələcəyini ciddi sual altına almışdı. Mərkəzi hakimiyyətin səriştəsizliyi, siyasi qüvvələr arasında qarşıdurma və cəmiyyətdə yaranmış ümidsizlik Azərbaycanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir şəraitdə xalqın etimad göstərdiyi, zəngin dövlətçilik təcrübəsinə və siyasi müdrikliyə malik liderin rəhbərliyinə ehtiyac yaranmışdı. Azərbaycanın taleyinə biganə qalmayan ziyalıların 91 nəfərlik təşəbbüs qrupunun Ulu Öndər Heydər Əliyevə müraciəti də məhz bu zərurətdən irəli gəlirdi. Müraciətdə xalqın tələbi ifadə olunur, ölkənin xilasının və gələcək inkişafının Heydər Əliyevin siyasi rəhbərliyi ilə bağlı olduğu vurğulanırdı. Ümummilli Liderin bu çağırışa müsbət cavabı və Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi ölkənin siyasi tarixində yeni mərhələnin əsasını qoydu. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransı ilə yaranan Yeni Azərbaycan Partiyası beləliklə, tarixi zərurətin və xalqın siyasi iradəsinin təcəssümünə çevrildi”.
Bu sözləri aia.az-a açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
Fikirlərini davam etdirən deputat YAP-ın məhz Naxçıvanda təsis olunmasının tarixi və siyasi səbəblərinə toxunaraq bunları qeyd edib: “Həmin dövrdə Azərbaycanda demokratik siyasi mühitin mövcudluğundan danışmaq mümkün deyildi. Siyasi hakimiyyətin təzyiqləri, senzura və Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından ehtiyatlanan qüvvələrin yaratdığı maneələr yeni siyasi təşkilatın Bakıda təsis konfransının keçirilməsini çətinləşdirirdi. Naxçıvan isə Ulu Öndərin rəhbərliyi altında milli dövlətçilik ideyalarının qorunduğu, siyasi iradənin və xalqla lider birliyinin nümayiş olunduğu məkana çevrilmişdi. Beləliklə, 21 noyabr 1992-ci ildə keçirilən təsis konfransı yalnız yeni partiyanın yaranması deyil, Azərbaycanın gələcək siyasi inkişaf istiqamətinin müəyyənləşdirilməsi baxımından da mühüm hadisə idi. Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası qısa müddətdə cəmiyyətin geniş təbəqələrini öz ətrafında birləşdirdi, ümumxalq partiyası statusu qazandı. Ulu Öndərin müəyyən etdiyi siyasi xətt ölkədə sabitliyin bərpasına, dövlət institutlarının möhkəmləndirilməsinə və müstəqilliyin qorunmasına xidmət etdi. Xalqın tələbi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni vətəndaş qarşıdurması təhlükəsindən xilas etdi, idarəetmədə ardıcıllığı təmin etdi və Azərbaycanın inkişafı üçün etibarlı zəmin yaratdı. Bu baxımdan YAP-ın yaranması ilə dövlətçiliyin xilası və möhkəmləndirilməsi arasında birbaşa tarixi bağlılıq mövcuddur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev partiyanın VIII Qurultayındakı çıxışında da Yeni Azərbaycan Partiyasının yaradılmasını xalqın tələbi kimi səciyyələndirmiş, Heydər Əliyevin hakimiyyətə qayıdışının məhz ümumxalq istəyindən qaynaqlandığını vurğulamışdır. Bu tarixi həqiqət partiyanın siyasi legitimliyinin və cəmiyyət qarşısında məsuliyyətinin əsasını təşkil edir”.
Daha sonra Parlament üzvü Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi şəraitə uyğun şəkildə davam etdirilməsinin YAP-ın fəaliyyətində xüsusi yer tutduğunu bildirib: “Yeni Azərbaycan Partiyasının 2005-ci il martın 26-da keçirilmiş III qurultayında İlham Əliyevin partiyanın sədri seçilməsi ilə təşkilatın inkişafında yeni mərhələ başlanıb. Ulu Öndərin müəyyənləşdirdiyi dövlətçilik strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun zənginləşdirilib, Azərbaycanın siyasi, iqtisadi və beynəlxalq mövqeləri əhəmiyyətli dərəcədə gücləndirilib. Partiyanın ideoloji əsasını təşkil edən müstəqil dövlətçilik, azərbaycançılıq, qanunçuluq, milli həmrəylik və sosial ədalət prinsipləri bu gün də fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır. 2021-ci ildə keçirilən VII Qurultay partiyanın yenilənməsi və siyasi sistemdə yeni mərhələnin formalaşması baxımından əhəmiyyətli addım oldu. 2026-cı il oktyabrın 2-də keçirilmiş VIII Qurultay isə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni reallıqlar fonunda partiyanın qarşısında dayanan vəzifələri müəyyənləşdirdi. Prezident İlham Əliyev çıxışında YAP-ın yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olduğunu vurğulayaraq, ölkənin son illərdə qazandığı uğurlarda partiya fəallarının mühüm rolunu xüsusi qeyd edib. Dövlət başçısının nitqində müstəqilliyin, dövlətçiliyin, iqtisadi müstəqilliyin və güclü hərbi potensialın qorunub möhkəmləndirilməsi əsas strateji istiqamətlər kimi önə çəkilib. Bu yanaşma partiyanın fəaliyyətinin yalnız əldə olunmuş nailiyyətlərin qorunması ilə məhdudlaşmadığını, yeni inkişaf mərhələsinin tələblərinə uyğun siyasi məsuliyyət daşıdığını göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan bu gün regional və beynəlxalq miqyasda güclü mövqeyə malik dövlətə çevrilib, mühüm enerji və nəqliyyat layihələrinin iştirakçısı və təşəbbüskarı kimi çıxış edir. Bütün bunlar Yeni Azərbaycan Partiyasının yaranarkən qarşıya qoyduğu dövlətçilik məqsədlərinin zaman keçdikcə real siyasi və tarixi nəticələrə çevrildiyini təsdiqləyir”, – deyə Göydəniz Qəhrəmanov fikirlərini yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-11-2026