Mobil versiya
Polad Bülbüloğlu İsraildə 5 ağır əməliyyat keçiribmiş
Tarix: 21-11-2026 | Saat: 16:00
Bölmə:Ölkə | çapa göndər

Polad Bülbüloğlu İsraildə 5 ağır əməliyyat keçiribmiş


Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu son illər görmə qabiliyyətində üzləşdiyi problemlərdən danışıb və bununla bağlı İsraildə ağır əməliyyatlar keçirdiyini açıqlayıb.

“aia.az” xəbər verir ki, o bu barədə Təl-Əvivdə fəaliyyət göstərən “Sheinkin40” adlı “YouTube” kanalına müsahibəsində danışıb.

Bakıda baş tutan müsahibə zamanı millət vəkili bildirib ki, ABŞ, Rusiya və digər ölkələrdə görmə qabiliyyətində yaşadığı problemlərlə bağlı konsultasiyalarda olub. Lakin onun sözlərinə görə, yaşadığı problemlə bağlı ona ən çox töhvə verən İsrail səhiyyəsi olub: “Mən orada 5 ağır əməliyyat keçirdim. Onlardan 4-ü Hayfada, 1-i isə Təl-Əvivdə baş tutub. Orada çox böyük diqqət və qayğı hiss edirdim. Onlar sayəsində bu gün sizin qarşınızdayam və sizi görürəm”.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-11-2026