Mobil versiya
49 yaşlı kişi dəm qazından boğulub öldü
Tarix: 21-11-2026 | Saat: 21:07
Bölmə:Ölkə | çapa göndər

49 yaşlı kişi dəm qazından boğulub öldü


Qazaxda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
aia.az xəbər verir ki, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Vüqar Məmmədov Kəmərli kəndində evdə dəm qazından boğularaq ölüb.

49 yaşlı kişinin meyiti müayinə olunmaq üçün “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsin rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-11-2026