Mobil versiya
"Sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib" - Deputat
Tarix: 24-11-2026 | Saat: 11:25
Bölmə:Karusel / Parlament | çapa göndər

"Sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib" -

“Artıq müharibələr səngərlərdə deyil, həm də beyin və düşüncələrdə gedir”.

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, bu, problemin nə qədər mürəkkəb olduğunu göstərir.

"Bu gün sosial media dünyanın dağıdıcı silahlarından birinə çevrilib. Çox təəəssüf ki, sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib. Getdikcə insanların beyin və düşüncələrinə daha çox mənfi təsir göstərməkdədir. Bu istiqamətdə ciddi addımların atılması zəruridir. Bu gün bu platformalarda baş verənlər fikir və düşüncə azadlığı deyil, beyinlərin yuyulması, manipulyasiya, vətəndaşı öz dövlətinə düşmən etmək cəhdləridir. Bütün bunların fonunda qarşıda bizi hansı təhülkələrin gözlədiyini bilmirik. Bunlar isə ölkəmizdə ideoloji işin daha da gücləndirilməsini zəruri edir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-11-2026