Kəlbəcərin bərpası dövlətimizin iqtisadi imkanlarının və strateji hədəflərinin göstəricisidir
Tarix: 24-11-2026 | Saat: 11:57
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın hər bir guşəsi özündə xalqımızın keçmişini, taleyini və milli yaddaşını əks etdirən zəngin tarix daşıyır. Elə torpaqlarımız var ki, onların adı xatırlandıqda insanın düşüncəsində eyni zamanda həsrət, qürur və böyük sevinc hissləri canlanır. Kəlbəcər də belə müqəddəs ünvanlarımızdan biridir. Möhtəşəm dağ silsilələri, füsunkar təbiəti, qədim yaşayış məskənləri, şəfalı mineral suları və zəngin mədəni irsi ilə tanınan bu bölgə Azərbaycanın tarixi və coğrafi məkanında özünəməxsus mövqeyə sahibdir. Kəlbəcər həm xalqımızın uzun illər yaşadığı məcburi köçkünlük faciəsinin, həm doğma torpaqlara dönmək istəyinin, həm də tarixi qələbəmizin rəmzlərindən birinə çevrilib.
25 Noyabr – Kəlbəcər şəhəri günü bu mənada sadəcə əlamətdar bir tarixin qeyd olunması deyil. Bu gün xalqımızın tarixi yaddaşının yeniləndiyi, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edildiyi, dövlətimizin gücünün və milli birliyimizin nümayiş olunduğu mühüm gündür. Kəlbəcərin tarixi keçmişi minilliklər əvvələ gedib çatır. Rayon ərazisində tapılmış qədim yaşayış yerləri, mağaralar, qayaüstü rəsmlər və daşdan hazırlanmış tarixi nümunələr bu ərazinin qədim dövrlərdən insanların məskunlaşdığı məkanlardan biri olduğunu sübut edir. Tərtər çayının sahillərindəki qayalıqlarda yaradılmış süni mağaralar, qədim təsvirlər və müxtəlif dövrlərə məxsus arxeoloji tapıntılar bölgənin zəngin tarixi-mədəni sərvətlərinin mühüm tərkib hissəsidir. Kəlbəcər adının mənşəyi ilə bağlı mövcud fərziyyələrdən birinə əsasən, bu toponim qədim türk dilində “çay üstündə qala” anlamını daşıyır. Sözügedən izah ərazinin təbii-coğrafi quruluşu və çay vadiləri ətrafında yaranmış qədim yaşayış məskənləri ilə uyğunluq təşkil edir. Müxtəlif tarixi mərhələlərə aid abidələrin mövcudluğu Kəlbəcərdə fərqli mədəniyyətlərin və dini ənənələrin izlərinin qorunub saxlandığını göstərir. Eyni zamanda, Kəlbəcər Azərbaycanın yüksəklik baxımından seçilən dağlıq rayonlarından biri hesab olunur.
1993-cü il aprelin 2-də Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması rayonun həyatında faciəli bir dövrün başlanmasına səbəb oldu. Bu işğal minlərlə insanın həyatını dəyişdi, ailələrin doğma ocaqlarından ayrılmasına və bütöv yaşayış məntəqələrinin boşalmasına gətirib çıxardı. İnsanlar illərlə yaşadıqları evlərini, qurduqları təsərrüfatları, təhsil aldıqları məktəbləri, mədəniyyət müəssisələrini və nəsillər boyu qoruduqları tarixi məkanları tərk etmək məcburiyyətində qaldılar. İşğal nəticəsində Kəlbəcər sakinlərindən yüzlərlə insan həyatını itirdi, əsir və girov götürüldü, bir çoxu isə itkin düşdü. Rayonun əhalisi ölkənin müxtəlif bölgələrində məskunlaşmağa məcbur edildi və minlərlə ailə üçün uzun illər davam edən ağır məhrumiyyətlər dövrü başladı. Həmin müddətdə yaşayış evləri, təhsil və səhiyyə müəssisələri, kitabxanalar, muzeylər və digər mülki obyektlər dağıntılara məruz qaldı, bölgənin tarixi-mədəni irsinin qorunması ciddi təhlükə ilə üzləşdi. BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı qətnamə ilə Kəlbəcər və Azərbaycanın digər işğal edilmiş ərazilərindən hərbi qüvvələrin çıxarılmasını tələb etmişdi. Təəssüf ki, bu qərarın tələbləri uzun müddət icra olunmadı. Nəticədə beynəlxalq hüququn qəbul edilmiş normaları ilə mövcud reallıqlar arasında ciddi uyğunsuzluq yarandı, yüz minlərlə azərbaycanlı öz doğma yurduna qayıtmaq hüququndan məhrum edildi.
Azərbaycan dövləti bütün bu illər ərzində ərazi bütövlüyünün təmin olunmasını əsas strateji hədəflərindən biri kimi müəyyənləşdirmişdi. İqtisadi imkanların genişləndirilməsi, milli ordunun müasir standartlara uyğun gücləndirilməsi, ölkənin müdafiə potensialının artırılması və beynəlxalq arenada mövqelərinin möhkəmləndirilməsi bu siyasətin başlıca istiqamətlərini təşkil edirdi. 2020-ci ilin payızında başlanan Vətən müharibəsi xalqımızın sarsılmaz iradəsini, Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığını və dövlətimizin uzunmüddətli strateji siyasətinin nəticələrini bütün dünyaya nümayiş etdirdi. Kəlbəcərin mürəkkəb dağlıq relyefi onun hərbi-strateji əhəmiyyətini daha da artırırdı. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, müharibənin ilk günlərində rayonun şimalında yerləşən strateji yüksəkliklərin nəzarətə götürülməsi Ermənistan silahlı qüvvələrinin fəaliyyət imkanlarının məhdudlaşdırılmasında mühüm rol oynamışdı. Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbə Azərbaycanın tarixində yeni bir mərhələnin əsasını qoydu. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Beləliklə, uzun illər davam etmiş işğala son qoyuldu və rayon üzərində ölkəmizin suveren idarəçiliyi bərpa edildi. Cənab Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla işğaldan azad olunmuş ərazilərdə yerləşən şəhərlərin günləri təsis olundu. Müvafiq qərarla noyabrın 25-i Kəlbəcər şəhəri günü elan edildi. Bu əlamətdar günün təsis edilməsi Kəlbəcərin milli tariximizdəki əhəmiyyətinə verilən dəyərin, onun azadlığının tarixi mahiyyətinin və gələcək inkişafına göstərilən dövlət qayğısının bariz ifadəsidir. Kəlbəcər şəhəri günü, eyni zamanda, Vətən uğrunda şəhid olanların xatirəsinə ehtiramın, döyüşlərdə qəhrəmanlıq göstərən hərbçilərimizə minnətdarlığın və illərlə doğma torpağa qayıtmaq ümidi ilə yaşayan sakinlərin sevincinin təcəssümüdür. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalının təsis edilməsi də bu tarixi hadisənin əhəmiyyətini bir daha nümayiş etdirdi.
Hazırda Kəlbəcər öz inkişaf tarixinin tamamilə yeni mərhələsinə qədəm qoyub. Şəhərin Baş planının hazırlanaraq təsdiqlənməsi, müasir yaşayış komplekslərinin inşası, avtomobil yollarının və enerji sisteminin yenilənməsi, sosial təyinatlı obyektlərin tikilməsi Böyük Qayıdış prosesinin real nəticələrlə müşayiət olunduğunu göstərir. Bu gün Kəlbəcərin gələcəyi yalnız onun zəngin tarixi keçmişi ilə deyil, həm də salınan yeni yaşayış məhəllələri, tikilən məktəblər, çəkilən yollar, yaradılan istehsal sahələri və doğma yurduna qayıdan insanların sevinci ilə müəyyənləşir. Bütün bunlar Kəlbəcərin yenidən dirçəldiyini, burada həyatın əvvəlkindən daha müasir və dayanıqlı əsaslarla qurulduğunu təsdiqləyir. Kəlbəcər bu gün Azərbaycan dövlətinin qüdrətinin, xalqımızın əzmkarlığının və gələcəyə olan inamının parlaq təcəssümüdür. 25 Noyabr – Kəlbəcər şəhəri günü məhz bu tarixi həqiqətləri özündə birləşdirən əlamətdar gündür. Kəlbəcər Azərbaycanın bölünməz ərazisi, milli yaddaşımızda xüsusi yeri olan doğma diyar və qazandığımız Zəfərin canlı təcəssümüdür. Bu torpağın uca dağlarında dalğalanan üçrəngli bayrağımız xalqımızın dönməz iradəsini, dövlət müstəqilliyimizi və Vətənə əbədi bağlılığımızı bütün dünyaya nümayiş etdirir.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-11-2026