Ermənistan konstitusiyasını dəyişməlidir ki, sülh sazişi imzalansın - Elman Nəsirov
Tarix: 24-11-2026 | Saat: 11:32
Bölmə:Parlament | çapa göndər

“Ermənistanda yeni konstitusiyanın qəbul ediləcəyi və referendumda təsdiqlənəcəyi təqdirdə regionda uzunmüddətli sülhün bərqərar olması tamamilə realdır”.
aia.az xəbər verir ki, bunu deputat Elman Nəsirov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistanda yeni konstitusiya layihəsinin ictimai müzakirəyə çıxarılması gözlənilən proses idi və bu, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların, xüsusilə sülh sazişinin paraflanmasının tələblərindən irəli gəlirdi.
Deputat bildirib ki, paraflanmış sülh sazişinin birinci maddəsində tərəflərin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması, ikinci maddəsində isə qarşılıqlı ərazi iddialarının irəli sürülməməsi təsbit olunub.
E.Nəsirov qeyd edib ki, Ermənistanın yeni konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən Müstəqillik Bəyannaməsinin 11-ci bəndinin çıxarılması Vaşinqton razılaşmalarından irəli gələn tələblərlə bağlıdır.
O vurğulayıb ki, Prezident İlham Əliyevin mövqeyinə görə, Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası qaldığı müddətdə sülh sazişinin imzalanması mümkün deyil.
Deputat əlavə edib ki, son dövrlər iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində konkret addımlar atılır. Bu baxımdan noyabrın 12-də Dublində Azərbaycan və Ermənistan siyasi liderləri arasında keçirilən görüşü, TRIPP layihəsinin reallaşdırılması ilə bağlı işçi qrupların formalaşdırılmasını və iki ölkə arasında yük daşımalarının maneəsiz həyata keçirilməsini xüsusi qeyd edib.
E.Nəsirovun fikrincə, bütün bunlar sülh sazişinin imzalanması və tərəflər arasında etimad mühitinin formalaşması istiqamətində ciddi irəliləyişlərin olduğunu göstərir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-11-2026