Mobil versiya
Özbəkistan Ali Məclisinin nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib -Fotolar
Tarix: 25-11-2026 | Saat: 13:02
Bölmə:Siyasət | çapa göndər

Özbəkistan Ali Məclisinin nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

Ölkəmizdə səfərdə olan Özbəkistan parlamentinin nümayəndə heyəti noyabrın 25-də Fəxri xiyabanı ziyarət edib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva və nümayəndə heyətinin üzvləri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə əklil qoyub və gül dəstələri düzüblər.
Qonaqları Milli Məclis sədrinin müavini Musa Qasımlı müşayiət edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2026