Tamam Cəfərova: “Bu gün Kəlbəcər Zəfərin qürurunu və Azərbaycanın gələcəyə yönəlmiş dövlətçilik iradəsini özündə təcəssüm etdirir”
Tarix: 25-11-2026 | Saat: 10:57
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycanın tarixində elə hadisələr var ki, onların mahiyyəti yalnız hərbi qələbə və ya siyasi nailiyyətlə məhdudlaşmır, bütöv bir xalqın milli iradəsini, dövlətçilik əzmini, tarixi yaddaşını və gələcəyə inamını özündə ehtiva edir. Kəlbəcərin işğaldan azad edilməsi də məhz belə tarixi hadisələrdən biridir. Azərbaycanın hərbi gücü, siyasi qətiyyəti, diplomatik iradəsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyanın nəticəsi olaraq Kəlbəcər 27 illik işğala son qoyularaq Azərbaycana qaytarıldı. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcərin Azərbaycana təhvil verilməsi ölkəmizin Vətən müharibəsində əldə etdiyi Zəfərin hərbi-siyasi müstəvidə mühüm nəticələrindən biri oldu. Kəlbəcərin azad olunması Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılmış tarixi addım, dövlətimizin milli maraqlarını təmin etmək əzminin, hərbi qüdrətinin və siyasi iradəsinin təntənəsi idi. Bu hadisə Ermənistanın işğalçılıq siyasətinin iflasını, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan Azərbaycanın haqlı mövqeyinin üstünlüyünü, xalqımızın öz torpaqlarına qayıdış arzusunun gerçəkləşməsini təcəssüm etdirdi. 25 noyabr – Kəlbəcər şəhəri günü bu şanlı tarixin, milli qürurun və Zəfər ruhunun təcəssümü kimi xüsusi əhəmiyyət daşıyır.
Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi milli tariximizin mühüm hadisələrinin əbədiləşdirilməsi, Vətən uğrunda mübarizənin, qazanılmış Zəfərin və azad edilmiş torpaqlarda başlayan yeni həyatın gələcək nəsillərə çatdırılması baxımından mühüm addımdır. Həmin Sərəncama əsasən, 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən edilmişdir. Bu qərar Kəlbəcərin azad olunması tarixinin dövlət səviyyəsində rəsmiləşdirilməsi, Zəfər salnaməmizin mühüm səhifəsinin yaddaşlarda yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. Kəlbəcər Azərbaycanın zəngin təbii sərvətləri, əsrlərin izlərini daşıyan tarixi-mədəni irsi, strateji coğrafi mövqeyi və özünəməxsus gözəlliyi ilə seçilən bölgələrindən biridir. 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər uzun illər ağır humanitar faciələrə, talanlara və vandalizmə məruz qaldı. İşğal nəticəsində 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. Rayonun əhalisi Azərbaycanın 56 rayonunda 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İnsanların doğma yurdlarından didərgin salınması, həyatlarının alt-üst edilməsi, tarixi və mədəni irsin məhv edilməsi Ermənistanın işğal siyasətinin ağır nəticələrini ortaya qoydu.
İşğal Kəlbəcərin yalnız ərazi bütövlüyünə deyil, onun sosial, iqtisadi və mədəni həyatına da ağır zərbə vurdu. Onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibb məntəqəsi, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, müxtəlif nəqliyyat vasitələri və texnika talan edildi, dağıdıldı. Rayonun milyardlarla manatlıq sərvəti mənimsənildi və Ermənistana daşındı. Bu faktlar Ermənistanın işğalçılıq siyasətinin yalnız ərazilərin zəbt edilməsi ilə məhdudlaşmadığını, eyni zamanda, Azərbaycan xalqının tarixi irsinə, iqtisadi potensialına və həyat tərzinə qarşı sistemli dağıntı siyasəti həyata keçirdiyini göstərirdi.
Kəlbəcərin işğalı beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunmuşdur. BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnaməsi Ermənistan silahlı qüvvələrinin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edirdi. Lakin Ermənistan bu qətnamənin tələblərini yerinə yetirmədi, beynəlxalq ictimaiyyət isə uzun illər ərzində həmin qərarların icrasını təmin etmək üçün real və təsirli tədbirlər görmədi. Bu vəziyyət beynəlxalq hüququn norma və prinsiplərinin selektiv tətbiqinin, ikili standartların və siyasi iradə çatışmazlığının təzahürü idi. Azərbaycan isə bütün bu müddət ərzində öz ərazi bütövlüyünün bərpasını beynəlxalq hüququn legitim prinsiplərinə əsaslanan milli məqsəd kimi müəyyən etdi və bu məqsədə nail olmaq üçün siyasi, diplomatik və hərbi imkanlarını səfərbər etdi. Ermənistanın işğal altında saxladığı ərazilərdə həyata keçirdiyi qeyri-qanuni məskunlaşdırma siyasəti də beynəlxalq hüquqa zidd idi. 1999-cu ildən etibarən Kəlbəcər rayonunda ermənilərin məskunlaşdırılmasına başlanılması işğalın möhkəmləndirilməsi və demoqrafik vəziyyətin dəyişdirilməsi məqsədi daşıyırdı. Bu siyasət beynəlxalq hüququn, BMT və ATƏT çərçivəsində qəbul edilmiş prinsiplərin pozulması idi. Ermənistanın işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma cəhdləri, həmin ərazilərin demoqrafik və iqtisadi mənzərəsini dəyişdirmək səyləri beynəlxalq hüquqa zidd əməllər olmaqla, regionda sülh və təhlükəsizliyin təmin olunmasına da maneə yaradırdı. Lakin Azərbaycan xalqının öz torpaqlarına qayıtmaq iradəsi və dövlətimizin ərazi bütövlüyünü bərpa etmək əzmi heç bir təzyiq və təhdidlə sarsıla bilmədi.
2020-ci ilin Vətən müharibəsi Azərbaycanın hərbi-siyasi gücünü, milli birliyini və tarixi ədalətin bərpasına yönəlmiş qətiyyətini nümayiş etdirdi. Kəlbəcər istiqaməti də müharibənin strateji baxımdan mühüm cəbhələrindən biri idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müharibənin ilk günlərində Kəlbəcərin şimal hissəsində strateji yüksəkliklərin Azərbaycan Silahlı Qüvvələri tərəfindən nəzarətə götürülməsi Ermənistan silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə ciddi şəkildə məhdudlaşdırdı, Basarkeçər-Kəlbəcər yolundan istifadəsini faktiki olaraq mümkünsüz etdi və düşmənin hərbi imkanlarını zəiflətdi. Bu əməliyyatlar Kəlbəcərin azad edilməsinə aparan hərbi-strateji prosesin mühüm tərkib hissəsi oldu.
Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbə yalnız hərbi üstünlüyün deyil, həm də siyasi iradənin, strateji və taktiki planlamanın, diplomatik fəaliyyətin və dövlət idarəçiliyinin uğurlu nəticəsi idi. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Bu hadisə Azərbaycanın tarixi torpaqlarına qayıdışının, milli qürurunun və dövlət suverenliyinin bərpası yolunda mühüm mərhələ oldu. Kəlbəcərin azad olunması həm də Azərbaycanın hərbi-siyasi strategiyasının uğurlu nəticəsi, dövlətimizin öz milli maraqlarını təmin etmək gücünün nümayişi idi.
Kəlbəcərin boşaldılması zamanı Ermənistanın işğalçı siyasətinin və vandalizminin mahiyyəti bir daha açıq şəkildə ortaya çıxdı. İşğal altında yaşamış qeyri-qanuni sakinlərin ərazini tərk edərkən evlərə, meşələrə, ağaclara və digər mülki obyektlərə od vurması, infrastrukturu dağıtması, təbiətə ziyan yetirməsi barbar davranışın bariz nümunəsi idi. Bu əməllər təkcə Azərbaycanın maddi irsinə və ekoloji mühitinə zərər vurmaq deyil, həm də beynəlxalq humanitar hüququn prinsiplərinə qarşı yönəlmiş hərəkətlər idi. Ermənistanın işğal dövründə və əraziləri tərk edərkən törətdiyi vandalizm faktları bir daha dünya ictimaiyyətinə onun işğalçılıq siyasətinin əsl mahiyyətini nümayiş etdirdi.
Kəlbəcərin azad edilməsi ilə yeni mərhələ – quruculuq, inkişaf, məskunlaşma və doğma torpaqlara qayıdış mərhələsi başladı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş Kəlbəcərə səfərləri bu prosesin ardıcıl, sistemli və dövlət səviyyəsində həyata keçirildiyini nümayiş etdirir. Prezidentin Kəlbəcərə səfərləri mühüm infrastruktur layihələrinin açılışları, yeni obyektlərin təməlqoyma mərasimləri, tikinti və bərpa işlərinin gedişatı ilə bağlı qərarlar, bölgənin gələcək inkişafına dair konkret istiqamətlərin müəyyənləşdirilməsi ilə müşayiət olunur. Dövlət başçısının səfərləri çərçivəsində müxtəlif infrastruktur obyektlərinin istifadəyə verilməsi, yeni layihələrin başlanması, yol, enerji, sosial və digər sahələrdə quruculuq işlərinin genişləndirilməsi Kəlbəcərin kompleks inkişafına yönəlmiş dövlət siyasətinin real təzahürüdür. Bu səfərlər həm də azad edilmiş ərazilərdə həyatın bərpasının, dövlətin öz vətəndaşlarının yanında olmasının və doğma yurdlara qayıdış prosesinin siyasi iradə ilə təmin edilməsinin göstəricisidir.
Kəlbəcərin gələcək inkişafı uzunmüddətli planlaşdırma, müasir urbanizasiya yanaşmaları və dayanıqlı şəhərsalma prinsipləri əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. İşğala qədər, 1969-cu ildə tərtib edilmiş son Baş Planda şəhərin ərazisi 130 hektar, əhalisi isə 7500 nəfər nəzərdə tutulmuşdu. Yeni inkişaf konsepsiyasına əsasən, Kəlbəcərin ərazisinin təxminən 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması planlaşdırılır. Bu, Kəlbəcərin yalnız yenidən qurulması deyil, həm də müasir, dayanıqlı, yaşayış, iqtisadi fəaliyyət və sosial xidmətlər baxımından yeni imkanlara malik şəhər kimi inkişaf etdirilməsi deməkdir. Baş plan şəhərin gələcək inkişafının əsas istiqamətlərini müəyyən etməklə, müasir urbanizasiya, ekoloji dayanıqlılıq, sosial infrastruktur və yaşayış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Kəlbəcərdə məskunlaşma prosesi də ardıcıl şəkildə davam etdirilir. 6 noyabr 2026-cı il tarixinə qədər rayonda 162 ailə olmaqla 681 nəfər məskunlaşmışdır. Bu rəqəmlər doğma torpaqlarına qayıdan insanların həyatının yenidən qurulmasının, uzun illər davam edən həsrətin sona çatmasının və dövlətimizin qayıdış siyasətinin real nəticələrinin göstəricisidir. Hər yeni məskunlaşma Kəlbəcərin həyatına yeni nəfəs verir, şəhərin və kəndlərin yenidən sakinlərinə qovuşmasını təmin edir. Böyük Qayıdış siyasəti çərçivəsində həyata keçirilən tədbirlər insanların doğma torpaqlarında təhlükəsiz, rahat və dayanıqlı yaşayışının təmin olunmasına, bölgənin iqtisadi və sosial potensialının bərpa edilməsinə xidmət edir.
Bu gün Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın gücünün, milli iradəsinin, hərbi qüdrətinin və siyasi qətiyyətinin simvoludur. Onun işğaldan azad olunması ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda tarixi mərhələ, yenidən qurulması isə Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı quruculuq siyasətinin təcəssümüdür. Kəlbəcərin dirçəldilməsi, sakinlərinin doğma yurdlarına qayıtması, müasir infrastruktura malik şəhər və kəndlərin qurulması Azərbaycanın Zəfərdən sonra qarşıya qoyduğu strateji hədəflərin uğurla reallaşdırıldığını göstərir.
25 noyabr – Kəlbəcər şəhəri günü xalqımızın yaddaşında qürur, sevinc, tarixi ədalət və milli birlik günü kimi yaşayır. Bu gün Kəlbəcərin hər bir küçəsində, hər bir tikilisində, hər bir yeni layihəsində Azərbaycanın Zəfər ruhu, dövlətimizin gücü və xalqımızın doğma torpaqlarına bağlılığı öz əksini tapır. Kəlbəcərin yenidən qurulması, inkişafı və sakinlərinə qovuşması Azərbaycanın gələcəyə inamla, öz gücünə aralanaraq irəlilədiyinin, tarixi torpaqlarında sülh, təhlükəsizlik və rifah yaratmaq əzmində olduğunun ən parlaq göstəricilərindən biridir. Kəlbəcər artıq işğalın ağrısını deyil, Zəfərin qürurunu, quruculuğun nəfəsini və Azərbaycanın gələcəyə yönəlmiş dövlətçilik iradəsini təcəssüm etdirir. Millət vəkili Tamam Cəfərova belə deyib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-11-2026