Mobil versiya
Bayden Trampın diktatura ilə bağlı bəyanatından özünə qarşı istifadə edir
Tarix: 07-12-2023 | Saat: 17:46
Bölmə:Özəl | çapa göndər

Bayden Trampın diktatura ilə bağlı bəyanatından özünə qarşı istifadə edir

ABŞ prezidenti Co Baydenin seçki qərargahı Ağ Evin keçmiş rəhbəri Donald Trampın “ilk gün istisna olmaqla” yenidən seçiləcəyi təqdirdə diktator olmayacaq ifadəsindən Trampın özünə qarşı istifadə edir. Bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Tramp... vəzifəyə qayıdanda “ilk gün istisna olmaqla” diktator olmayacağını dedikdən sonra Bayden kampaniyası ona hücum etdi. Onlar vurğuladılar ki, Trampın açıqlamaları Respublikaçılar Partiyasının liderinin mümkün ikinci müddət üçün qeyri-demokratik və təhlükəli planlarını nümayiş etdirdiyi daha bir məqamdır”, - nəşr yazır.
Qəzetin qeyd etdiyi kimi, prezidentin komandası Respublikaçı liderin sözlərindən “Baydenin Trampı niyə demokratiya üçün təhlükə hesab etdiyini nümayiş etdirmək üçün” istifadə edib.

Bundan əvvəl Donald Tramp ABŞ-ın dövlət başçısı seçkilərində qalib gələcəyi təqdirdə “birinci gün istisna olmaqla” diktator olmayacağını vəd etmişdi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2024