“Azərbaycanla müharibəyə girək, Rusiya ilə dost olaq, Kreml bunu istəyir” - Paşinyandan gərgin açıqlama
Tarix: 19-09-2026 | Saat: 22:59
Bölmə:Dünya | çapa göndər

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya ilə münasibətlərinin artıq əvvəlki vəziyyətə qayıtmayacağını bildirib.
aia.az xəbər verir ki, o, Ermənistanın əsas strategiyasının sülh olduğunu vurğulayıb.
Paşinyan Azərbaycan, Türkiyə, Rusiya, İran və ABŞ-dən hər gün müxtəlif bəyanatların səslənə biləcəyini, lakin Ermənistanın hər açıqlamaya görə öz siyasətini dəyişməməli olduğunu deyib.
“Azərbaycan, Türkiyə, Rusiya, İran və ABŞ-dən hər gün müxtəlif bəyanatlar səslənə bilər. Əgər hər bəyanata görə siyasətimizi yenidən nəzərdən keçirsək, bu, xaosa çevrilər. Siyasətimiz qaya üzərində qurulmalıdır. Bizim strategiyamız sülhdür”, – Paşinyan bildirib.
Baş nazir Rusiya ilə münasibətlərə ayrıca toxunaraq onların dəyişməsinin qaçılmaz olduğunu söyləyib:
“Bizim Rusiya ilə münasibətlərimiz qaçılmaz olaraq dəyişəcək. Bunun hər hansı şəxs və ya siyasi qüvvə ilə əlaqəsi yoxdur. Kim hakimiyyətdə olursa-olsun, Ermənistan-Rusiya münasibətləri artıq əvvəlki kimi olmayacaq”.
Paşinyan daha sonra bildirib ki, Rusiya ilə əvvəlki münasibət modelinə qayıtmaq üçün Ermənistanın yenidən münaqişəyə cəlb edilməsi lazım gələrdi:
“Əvvəlki münasibətlərə qayıtmaq üçün Ermənistan münaqişəyə cəlb olunmalıdır. Ermənistanda sülh mühiti qorunduğu müddətdə Ermənistan-Rusiya münasibətləri əvvəlki kimi ola bilməz”.
Paşinyan regional dəmir yolları məsələsinə də toxunub. Onun sözlərinə görə, Ermənistan dəmir yolunun Rusiya konsessiyasında olması ölkənin regional nəqliyyat layihələrindəki mövqeyinə təsir edir və Ermənistanı yan keçməyə yönəlmiş proseslər gedir.
Baş nazir bildirib ki, dəmir yolu Ermənistan ərazisinə Nrnadzor tərəfdən daxil olub Aqarak istiqamətindən çıxa bilər. Bu halda əsas beynəlxalq yük axınları Ermənistan ərazisindən birbaşa Türkiyəyə deyil, Naxçıvan üzərindən Türkiyəyə istiqamətlənə bilər.
Paşinyanın sözlərinə görə, Qərblə Rusiya arasındakı gərginlik nəticəsində Ermənistan hətta özünün təşəbbüs göstərdiyi layihədən kənarda qala bilər.musavat
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-09-2026