20 Sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü tariximizin şanlı səhifələrindəndir
Tarix: 20-09-2026 | Saat: 10:26
Bölmə:Siyasət | çapa göndər

Dünyada hər bir xalqın şərəfli tarixi onun öz taleyinə sahib olmasından, müstəqil dövlət kimi suverenliyini qorumasından başlayır. Məhz bu səbəbdən də son illəri Azərbaycan xalqının şərəfli tarixiniə qızıl hərflərlə yazmaq mümkündür. Xüsusilə 2020- ci ildə 44 günlük müharibədə işğalçı Ermənistan üzərindəki tarixi Qələbəmizdən sonra, 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi 23 saatlıq lokal –antiterror əməliyyatı Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması və həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi ilə nəticələndi. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi.
Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı zəfərlər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Məhz Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il sentyabrın 19-da Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzaladı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi ki, biz bir xalq və dövlət kimi güclük, sarsılmazıq.
Bu bir həqiqətdir ki, xalqımız Ali Baş Komandan İlham Əliyevin 23 illik prezidentlik fəaliyyəti zamanı reallığa çevirdiyi bütün uğurların şahididir. 23 il öncə xalqımız etimad mandatı verərək özünə Prezident seçdiyi İlham Əliyevə inandı, güvəndi və səbirlə gözlədi. Sözü imzası qədər keçərli olan Azərbaycan Prezidenti tam müstəqil siyasəti ilə Ermənistanı dünyada işğalçı dövlət kimi tanıda bildi. Bununla bağlı beynəlxalq təşkilatlarda qətnamələrin, bəyanatların qəbul olunmasına nail oldu. Amma İkinci Qarabağ müharibəsinədək işğalçının havadarları imkan vermədilər ki, münaqişə sülh yolu ilə tənzimlənsin və Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarsın. 2020-ci ildə Vətən müharibəsində İlham Əliyevin «Dəmir yumruq» əməliyyatı ilə cəmi 44 günə Ermənistan diz çökdürüldü. Xalqın yurd həsrətinə son qoyuldu. Dünya Azərbaycanın gücünə, qüdrətinə şahidlik etdi.
Ali Baş Komandan 2021-ci il iyulun 7-də imzaladığı Fərmana əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə tarixi ədalət bərpa edilmiş oldu. Nəticədə İkinci Qarabağ müharibəsi son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır. 20 Sentyabr Suverenlik Günü- bu bizim tarixi haqqımız idi və qazandıq. Ancaq neçə-neçə igid oğullarımızın şəhadəti və fədakarlığı sayəsində… Ona görə də bu tarix bizim üçün həmişə müqəddəs və əzizdir.
Qürurverici hadisədir ki, postmüharibə dövründə Qarabağda və Şəqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı tikinti, quruculuq işləri, infrastruktur layihələrin həyata keçirilməsi, yol nəqliyyat sisteminin yaradılması ilə yanaşı, həm də, insanların sağlamlığının qorunması, səmərəli vaxtının düzgün təşkil edilməsi, idmanın müxtəlif sahələrinin inkişaf etdirilməsi yolunda da böyük işlər görülür. Bir sözlə, Qarabağda gedən sürətli inkişaf bu bölgəni nəinki Azərbaycanda, eyni zamanda, bütün dünyada şöhrətləndirir.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-09-2026
19-09-2026