Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycanın COP29-a ən yüksək səviyyədə ev sahibliyi edəcəyi heç kimdə şübhə doğurmamalıdır”
Tarix: 02-03-2024 | Saat: 13:52
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycanın COP29-a ən yüksək səviyyədə ev sahibliyi edəcəyi heç kimdə şübhə doğurmamalıdır”

“Martın 1-də Bakıda, “Gülüstan” sarayında keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları Azərbaycanın təşəbbüskarı olduğu möhtəşəm layihələrin beynəlxalq əməkdaşlığa və ölklər arasında dostluq əlaqələrinin inkişafına böyük töhfə olduğunu bir daha nümayiş etdirdi. Qeyd edək ki, sözügedən toplantıda Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət təmsil olunub. Tədbirdə iştirak edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı. Bununla belə, Azərbaycan dost ölkələrlə münasibətlərinin məhz ikitərəfli formatda inkişafına da hər zaman xüsusi diqqət yetirir. Bu məqam dövlət başçımızın öz çıxışında Azərbaycan-Albaniya münasibətləri barədə səsləndirdiyi fikirlərdə də öz əksini tapıb. Belə ki, cənab Prezident İlham Əliyev bu ölkənin Baş naziri Edi Ramanın Bakıda keçirilən vacib tədbirdə yüksək qiymətləndirərək, Azərbaycan və Albaniyanın iki dost ölkə olduqlarını diqqətə çatdırdı. Qeyd olundu ki, ölkələrimiz arasında müxtəlif sahələrdə fəal əməkdaşlıq mövcuddur və bu iki dövlət beynəlxalq təsisatlarda bir-birini dəstəkləyirlər. Əlbəttə ki, Azərbaycan-Albaniya münasibətləri qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin effektivliyinin daha bir əyani sübutudur. Azərbaycan hər zaman belə əlaqələrin tərəfdarı olub və onların genişləndirilməsi üçün səylərini heç zaman əsirgəməyib.”

Bu sözləri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları ilə bağlı aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra deputat Prezident İlham Əliyevin Azərbaycanın bu il COP29-a sahiblik edəcəyi səbəbilə məruz qaldığı hücumlar barədə səsləndirdiyi fikirlərin əhmiyyətini vurğulayaraq bildirib ki, əslində bu hücumların kimlər tərəfindən və nə məqsədlə təşkil olunduğu da heç kim üçün sirr deyil: “Məlum olduğu kimi, iqlim dəyişikliyi ilə bağlı olan bu qlobal tədbirə bu il ev sahibliyi etmək hüququnun Azərbaycana erilməsi barədə qərar keçən ilin dekabrında qəbul olundu. Təəssüflər olsun ki, bundan dərhal sonra ölkəmiz müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldı. Səbəb olaraq da belə bir absurd əsas gətirilirdi ki, qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilməz. Burada əlbəttə, belə bir məqam diqqəti cəlb edir ki, nədənsə heç kim qazıntı yanacağını istehlak edən ölkələrin belə bir hüquqa sahib olmalarını qətiyyən şübhə altına almır. Amma həmin təbii sərvətlərə sahib olmaq nöqsan kimi təqdim edilir. Halbuki, cənab Prezident İlham Əliyevin dediyi kimi, bu qüsur deyil, Allahdan bir hədiyyədir. İqlim dəyişikliyi ilə bağlı olan bu qlobal tədbirə ev sahibliyi etmək istəyi isə, Azərbaycanın iradəsini nümayiş etdirir. Bu, əlbəttə ki, əsassız hücumlara deyi, təqdirə layiq bir istəkdir. İstənilən halda, COP29-un Azərbaycanda təşkil edilməsi barədə qəbul edilmiş yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və Azərbaycan bu vəzifənin də öhdəsindən ən yüksək səviyyədə gələcək” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2024