Mobil versiya
Azərbaycan qərarı özü verəcəkdir
Tarix: 04-03-2024 | Saat: 18:14
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan qərarı özü verəcəkdir

Ölkəmizin başçısı cənab İlham Əliyev Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Böyük nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirən dövlətimizin başçısı iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını deyərək bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya kansleri ilə görüşündə əlaqələrimizin geniş gündəliyinə daxil olan məsələlərinin, o cümlədən iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd etdi.
“Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir”-fikri ölkə başçısının ikili standartlara münasibətinin ifadəsi olmuşdur. Dövlətimizin başçısı bu gün ikili standartların bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilməsindən təəssüfləndiyini bildirərək. Cozef Borrelin qeyri-adekvat bəyanatlarının əslində sülh prosesinə əngəl törətdiyini xatırladıb. bÇünki onun səsləndirdiyi bəyanatlar reallığı əks etdirmir və ancaq Fransa prezidenti Makronun xəyallarından ibarətdir. Almaniyanın neytral mövqeyini alqışladığını bildirən cənab Prezident Fransanın yanan ocağa benzin tökdüyünü, Makronun havadan götürdüyü absurd fikirlərin mənasızlığını qeyd etmiş və belə təhdidlərin Cozef Borrel kimi siyasi xadimlər tərəfindən də təkrarlanmasına təssüfünü bildirmişdir.
Prezident İlham Əliyev vurğuladı ki, ölkəmizin öz suverenliyi və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazisini və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Borrelin söylədiyi absurd fikirlərin əksinə olaraq Azərbaycanın Ermənistana qarşı hər hansı hücum planının olmadığını qeyd edən ölkə başçısı əslində Avropanın bəzi siyasətçilərinə ciddi mesaj verdi və təhdidlərin mənasız olduğunu bildirdi.
Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olub. Ermənilər torpaqlarımızın 20 faizini işğal edərək həmin əraziləri dağıdıblar, o vaxt 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşdü. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı. İki gün əvvəl ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımını törətdilər. İndi biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən və Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra hücumlara məruz qalmışıq.
Cənab Prezident Avropa Şurasında Azərbaycanla bağlı qərara da etiraz edərək bunun əslində Avropa Şurasının özünə ziyan gətirdiyini bildirib. Ölkəmizin başçısı qeyd edib ki, Avropa Şurasında olan cəmi iki qeyri-xristian ölkəsindən birinə qarşı yönəlmiş bu qərar tezliklə ləğv olunmalıdır. Əks təqdirdə Azərbaycanın Avropa Şurası üzvlüyündən tam çıxması gündəmə gətiriləcəkdir.
Ölkəmizin başçısı hamını əməkdaşlığa çağıraraq reallığı qəbul etməyə Cənubi Qafqazada söz sahibi olan Azərbaycanla razılaşmağa səslədi və Azərbaycanın kimsədən asılı olmayan siyasət yürütdüyünü xüsusi olaraq vurğuladı.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2024