Mobil versiya
Babək Vələdov: Layihələr artıq öz səmərəsini göstərir
Tarix: 22-04-2024 | Saat: 19:05
Bölmə:Özəl | çapa göndər

Babək Vələdov: Layihələr artıq öz səmərəsini göstərir

Bu gün müstəqil Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkəmizdə davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və çox böyük uğurla həyata keçirdiyi mühüm sahələrdən biridir.
Cari ilin aprel ayının 16-da Hacıqabul rayonuna etdiyi səfər çərçivəsində Ölkə Prezidenti İlham Əliyev cənabları yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoydu. Təməlqoyma mərasimində etdiyi çıxışında dövlət başçısı xüsusi olaraq vurğuladı ki, işğaldan azad edilmiş ərazilərimizdəki su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işləri böyük vüsətlə davam edir. Təməlqoyma mərasimindəki çıxışında bir sıra mühüm məsələlərə toxunan ölkə başçısı ölkəmizdə davamlı olan sosial - iqtisadi inkişafdan da ətraflı bəhs etmişdir. Möhtərəm Prezident çıxışında son illər ərzində ölkədə çox mühüm infrastruktur layihələrinin icra olunduğunu, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin ən əsas məqsədinin ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün əlveriıli şərait yaratmaq olduğunu xüsusi vurğulamışdır.
Çıxışı zamanı ölkə rəhbəri 1958-ci ildə inşa edilmiş Yuxarı Şirvan kanalının faktiki olaraq yenidən inşa ediləcəyini və beləliklə, minlərlə insanın bu layihədən faydalanacağını, 120 kilometrlik kanalın uzunluğunun təxminən iki dəfə artırılacağını və 200 kilometrdən çox olacağını, əkin sahələrinin də iki dəfədən çox artırılacağını bildirdi. İcra ediləcək yeni layihənin 230 min hektar əkin sahəsini əhatə edəcəyi, bunun böyük hissəsinin yeni suvarılacaq əkin sahələri olduğu, kanalın əgər əvvəlki dövrlərdə 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcəyi də xüsusi qeyd olundu.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları onu da vurğuladı ki: “İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı geniş vüsət almışdır. Oraya qayıdan vətəndaşlar artıq bu imkanlardan istifadə edirlər. Eyni zamanda, ən müasir texnologiyaların tətbiqi nəticəsində orada həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır.”
Ölkə rəhbəri qeyd etdi ki, qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi - bütün bu amillər inkişafın göstəriciləridir.
İqlim dəyişikliyi ilə bağlı məsələlərə toxunan dövlət başçısı bildirdi ki: “İqlim dəyişikliyi ilə bağlı dünyada böyük narahatlıq var, o cümlədən Azərbaycanda. Bu il kifayət qədər qar, yağış yağmışdır və bizim su hövzələrimizdə, su anbarlarında kifayət qədər su var. Ancaq əvvəlki illərdə biz hər il quraqlıqla üzləşirdik. Bizim dağlarımıza daha az qar yağırdı. Çaylarımızda suyun səviyyəsi əvvəlki illərdə aşağı düşürdü, bəzi hallarda əsas çaylarımız quruyurdu. Xəzər dənizinin dayazlaşması göz önündədir. Belə olan halda su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir.”
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışı bir daha sübut etdi ki, ölkəmizdə infrastruktur layihələrinin uğurlu icrası fonunda Azərbaycanda həyata keçirilən infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırır, müstəqil Azərbaycanımız günü - gündən güclü və qüdrətli bir ölkəyə çevrilir, xalqımızın sosial rifahı daha da yüksəlir.

Babək Vələdov
YAP Qazax rayon təşkilatının məsləhətçisi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-05-2024