Mobil versiya
Qusar rayon Mərkəzi Xəstəxanasının ərazi partiya təşkilatında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi -Fotolar
Tarix: 13-06-2024 | Saat: 15:13
Bölmə:Cəmiyyət | çapa göndər

Qusar rayon Mərkəzi Xəstəxanasının ərazi partiya təşkilatında Milli Qurtuluş Gününə həsr olunmuş  tədbir keçirildi

Tədbir öncəsi Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.Ulu Öndər Heydər Əliyevin və respublikanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqə sükutla yad edildi.

aia.az xəbər verir ki, tədbirdə giriş nitqi ilə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov 15 iyun Milli Qurtuluş gününün müasir Azərbaycanın dövlətçilk tarixinin başlanğıcı olduğunu vurğulayaraq Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından,qurtuluş tarixindən böyük Zəfərə uzanan şərəfli yoldan danışdı.Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əjdər Ağacanov,xəstəxananın ərazi partiya təşkilatının sədri Natəvan Butayeva öz çıxışlarında müstəqilliyin qorunmasında,respublikamızın inkişafında Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən,onun siyasi varisi Prezident,Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin ölkəmizin suverenliyini bərpa edərək Böyük Qayıdışa nail olmaq üçün misilsiz xidmətlərindən danışdılar.Qeyd etmək lazımdır ki,Rayon Mərkəzi Xəstəxanasının əməkdaşlarından 101nəfəri Heydər Əliyevin anadan olmasının 101 ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olmaq üçün ərizə ilə müraciət etmişdilər.Bayram tədbirində üzvlərə partiya vəsiqələri təqdim olundu.

















Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-07-2024