Mobil versiya
Yeni Azərbaycan Partiyası Türk dünyasında partiyalararası əlaqələrin inkişafını daim diqqət mərkəzində saxlayır
Tarix: 18-06-2024 | Saat: 13:59
Bölmə:Özəl | çapa göndər

Yeni Azərbaycan Partiyası Türk dünyasında partiyalararası əlaqələrin inkişafını daim diqqət mərkəzində saxlayır

Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə iyunun 15-də Şuşa şəhərində “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda keçirilən beynəlxalq konfrans bir sıra həqiqətləri bir daha ortaya qoydu. Bəri başdan qeyd edək ki, tarixi və ortaq ənənələrə, dəyərlərə malik Türk dövlətləri ilə münasibətlərin inkişafını Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindən biri kimi müəyyənləşdirən Ümummilli Lider Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin çoxşaxəli siyasətində Türk dövlətləri ilə ortaq mənəvi dəyərlərə və müştərək strateji maraqlara əsaslanan münasibətlərin inkişafı xüsusi yer tutur. Bu isə o deməkdir ki, dövlətimizin başçısı Türk dünyasında əməkdaşlığın dərinləşdirilməsinə, xüsusilə də Türk Dövlətləri Təşkilatının (TDT) gücləndirilməsinə böyük önəm verir.

Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın nümayəndə heyəti ilə görüşü zamanı demişdi ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Elə işğaldan azad edilmiş ərazilərdə görülən işlər də bunu bir daha təsdiq edir. Belə ki, işğaldan azad edilmiş ərazilərimizdə geniş yol-nəqliyyat infrastrukturu yaradılmasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. Azad edilmiş torpaqlarda Özbəkistan və Qazaxıstan tərəfindən bir məktəb (Mirzə Uluqbəy adına 1 nömrəli məktəb) və bir incəsənət mərkəzi (Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi) inşa edilərək istifadəyə verılib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidenti dövlətimizin başçısı İlham Əliyevlə birgə Ağdam rayonunda qoyub. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Bütün bunlar Türk dünyasının birliyinin əyani şəkildə göstəricisidir. Yeri gəlmişkən qeyd edək ki, Türkiyədə ötən ilin fevralında baş vermiş zəlzələdən sonra TDT-yə üzv ölkələr qardaş ölkəyə dəstək və həmrəylik nümayiş etdiriblər.
Amma bu, bir faktdır ki, bu gün Türk dünyası ölkələrinin qarşısında çox mühüm vəzifələr durur. Bu, ilk növbədə, iqtisadi əlaqələrin gücləndirilməsinə aiddir. Belə ki, Mərkəzi Asiya vasitəsilə Çin, Hindistan və digər Asiya ölkələri də daxil olmaqla əsas dünya bazarlarına, həmçinin Azərbaycan və Türkiyədən Avropa ölkələrinə çıxışın təmin edilməsi vacibdir. Mövcud şəraitdə türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılması məsələsi də önəmlidir. Bütün bunlar isə o deməkdir ki, ortaq hədəflərin ortaq məqsədlərə çevrilməsi yolunda görüləcək işlər çoxdur. Türk dünyasının qarşısında geniş perspektivlər dayanır. Bu perspektivlərin reallaşdırılması istiqamətində daha sıx və səmərəli əməkdaşlığın daha da gücləndirilməsi zəruridir.
Şübhəsiz, “İslam dünyasının mədəniyyət paytaxtı” Şuşa şəhərində keçirilən, bu səbəbdən xüsusi rəmzi mənaya və mənəvi-siyasi önəmə malik bu tədbirin ölkələrimiz arasında çoxşaxəli münasibətlərin inkişafına, Türk dünyasında birliyin daha da möhkəmlənməsinə, yeni hədəflərin reallaşmasına dəyərli töhfələr verəcək. Hətta qarşıdakı dövrdə Zəngəzur dəhlizinin reallaşdırılması və Orta dəhlizin inkişaf etdirilməsi türk dövlətlərinin yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gəlməsini, türk dünyasında kommunikasiya və inteqrasiyanın güclənməsini də şərtləndirəcək.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov həmin tədbirdə vurğulayıb ki, qlobal kataklizmlər fonunda yeni geosiyasi reallıqların və müxtəlif çağırışların meydana çıxdığı bir dönəmdə dövlətçilik maraqlarının, o cümlədən tarixi ənənələrin və milli-mənəvi dəyərlərin qorunması hər zaman olduğundan daha aktual və vacibdir. Belə bir şəraitdə Türk dövlətlərinin milli maraqlara əsaslanan siyasət həyata keçirərək həmrəylik nümayiş etdirməsi və nəticəyönümlü əməkdaşlığı gücləndirməsi əsas prioritetlərdəndir.
Bəli, bu gün Azərbaycan və Türkiyə tarixdə ilk dəfə olaraq türk dövlətlərini bu qədər yaxın bir araya gətirib. Elə bu baxımdan Türkiyə və Azərbaycanın dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevlə qürur duyulur.

Bəli, bu gün məhz onların sayəsində qədim tarixə əsaslanan və böyük gələcəyə doğru güclü addımlar atan TDT 200 milyona yaxın əhali sayı, təqribən 4,5 milyon kvadratkilometrə çatan ərazi və 2 trilyon dollara çatan iqtisadi potensialı ilə artıq qlobal bir gücə çevrilib. Bu mənada demək olar ki, TDT üzv ölkələrin tam arxalanacağı bir güc mərkəzidir. Dövlət başçımızın sözləri ilə desək, Türk dünyası böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir: “Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük”. Bu mənada bu birlik, qardaşlıq gələcəkdə daha da möhkəmlənəcək, həm də genişlənəcək. Məlumat üçün bildirək ki, Şimali Kiprin Türk Cümhuriyyəti də tezliklə TDT-yə üzv qəbul ediləcək.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-07-2024