Mobil versiya
Lamin Yamal Pelenin rekordunu yeniləyib
Tarix: 10-07-2024 | Saat: 15:23
Bölmə:İdman | çapa göndər

Lamin Yamal Pelenin rekordunu yeniləyib

İspaniya millisinin və "Barselona" komandasının futbolçusu Lamin Yamal braziliyalı əfsanəvi hücumçu Pelenin rekordunu yeniləyib.

aia.az xəbər verir ki, 16 yaşlı vinger bunu Avropa çempionatının yarımfinal mərhələsində Fransanı (2:1) məğlub etdikləri matçda reallaşdırıb. Belə ki, o, turnirin 1/2 final görüşündə meydana çıxan ən gənc oyunçu olub.

Braziliya millisinin sabiq üzvü Peleyə məxsus olan əvvəlki rekord isə 1958-ci ildə qeydə alınıb. Əfsanəvi futbolçu həmin vaxt 17 yaşında dünya çempionatının yarımfinal matçında oynayıb.

Dünənki qarşılaşmada Fransa millisinin qapısına baxımlı qol vuran L.Yamal həm də turnirdə fərqlənən ən gənc oyunçu kimi tarixə düşüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-07-2024