Asif Əsgərov Zaqatala rayonunun Ələsgər kəndində sakinlərlə görüşüb, şəhid ailəsini ziyarət edib -Fotolar
Tarix: 13-09-2026 | Saat: 16:56
Bölmə:Gündəm | çapa göndər

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunun Ələsgər kəndində sakinlərlə görüşüb, rayon ərazisində şəhid ailəsini ziyarət edib.
Millət vəkili Asif Əsgərov Lahıc kəndində Vətən müharibəsi şəhidi Məmmədov Vüsalın ailəsini ziyarət edərək şəhidin ailə üzvləri ilə səmimi söhbət aparıb.Deputat onların qayğı və müraciətləri ilə maraqlanıb, qarşılaşdıqları məsələləri dinləyib.
Görüş zamanı Vüsal Məmmədovun Vətən uğrunda keçdiyi döyüş yolundan söz açılıb, onun göstərdiyi qəhrəmanlıq və əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra Millət vəkili Ələsgər kəndində növbəti vətəndaş qəbulu keçirilib. Qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən problemlər və sosial məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sakinlərin əsas müraciətləri dağlıq relyefdə yerləşən kəndin daxili yollarının vəziyyətinin yaxşılaşdırılması,yol infrastrukturunun inkişaf etdirilməsi, elektrik təchizatı, məşğulluq, eləcə də digər sosial məsələlərlə bağlı olub.
Millət vəkili Asif Əsgərov müraciətlərin hər birini diqqətlə dinləyərək, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımların atılacağını bildirib. Deputatın səlahiyyətləri çərçivəsində olan bəzi məsələlər yerindəcə həllini tapıb, digər müraciətlər isə aidiyyəti dövlət qurumlarına yönləndirilib və nəzarətə götürülüb.
Qəbulda Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, kənd icra nümayəndəsi və bələdiyyə sədri də iştirak ediblər.
Asif Əsgərov qeyd edib ki, vətəndaşlarla birbaşa görüşmək, onların problemlərini yerində dinləmək və həlli istiqamətində aidiyyəti qurumlarla iş aparmaq deputat fəaliyyətinin əsas istiqamətlərindən biridir. Müntəzəm olaraq keçirilən bu cür görüşlər sakinlərin müraciətlərinin daha operativ şəkildə araşdırılmasına və onların həlli istiqamətində konkret addımların atılmasına imkan yaradır.
Görüşlər zamanı şəhid ailəsi və kənd sakinləri onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar şəhid ailələrinə və vətəndaşlara göstərilən yüksək diqqət və qayğının, müraciətlərin həllinə göstərilən həssas münasibətin dövlətin sosial siyasətinin mühüm göstəricilərindən olduğunu vurğulayıblar.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər