"Bu kimi hallara qarşı sayıqlığımızı artırmalıyıq"  - Əhməd İsmayılov
Tarix: 08-08-2024 | Saat: 11:46
Bölmə:Manşet / Media | çapa göndər
 
Təcrübə göstərir ki, seçkilər zamanı ölkəmizin informasiya mühitinə kənardan yönləndirilən təhdidlər artır, informasiya manipulyasiyasının bütün formalarının sistemli şəkildə tətbiq edilməsi halları müşahidə olunur. İctimai rəyi çaşdırmağa, ölkəmiz haqqında mənfi rəy yaratmağa yönəlmiş bu kimi hallara qarşı sayıqlığımızı daha da artırmalıyıq.
aia.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin İcraçı Direktoru Əhməd İsmayılov Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxışı zamanı deyib.
O qeyd edib ki, ictimai rəyi çaşdırmağa, ölkəmiz haqqında mənfi rəy yaratmağa yönəlmiş bu kimi hallara qarşı sayıqlığımızı daha da artırmalıyıq.
“Medianın İnkişafı Agentliyi qərəzli və sistemli şəkildə ölkəmizə qarşı yönəlmiş feyk xəbərlərin vaxtında, operativ qayda da aşkarlanıb ifşa olunması üçün digər müvafiq dövlət qurumları ilə sistemli iş aparmaqdadır. Bu qəbildən olan təhdidlərin təsir dairəsinin azaldılmasında Azərbaycanın ciddi media subyektlərinin çevik dəstəyi həmişə vacibdir.
Xüsusi vurğulamaq istərdik ki, informasiya texnologiyalarının verdiyi imkanlardan yararlanaraq media etikasının tələblərini müntəzəm qaydada pozan, dəqiqləşdirilməmiş, qərəzli məlumatlar yayan dairələr ölkəmizin media ictimaiyyəti tərəfindən daim qınanılmış və informasiya mühitinin sağlamlaşdırılması, informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlətin fəaliyyət strategiyasına dəstək nümayiş etdirilib”,- deyə Ə.İsmayılov bildirib.
aia.az
 
Məlumatlanmaq üçün Facebook səhifəmizi
  
Digər xəbərlər
 
	Xəbəri paylaş
	
 Digər xəbərlər
 31-10-2025
	
17:17 Fədayə Laçına cin girdi   