Deputat Novruzəli Aslanov gənc Avropa çempionu ilə görüşüb -Foto
Tarix: 26-09-2026 | Saat: 18:08
Bölmə:Manşet / Özəl | çapa göndər

Bu gün Milli Məclisin deputatı Novruzəli Aslanov cüdo üzrə gənclər arasında Avropa çempionu Ayxan Mirzəzadə və onun məşqçisi Nurlan Salmanovla görüşüb. Millət vəkilinin Bakı şəhərində yerləşən ofisində baş tutan görüşdə idmançının qazandığı nailiyyətin əhəmiyyəti, ölkəmizdə idmanın inkişafı və gənclərin uğurlarının dəstəklənməsi məsələləri diqqət mərkəzində olub.
Novruzəli Aslanov Avropa çempionu Ayxan Mirzəzadəni əldə etdiyi yüksək nəticə münasibətilə təbrik edərək, onun uğurunun yalnız təmsil etdiyi İsmayıllı rayonu üçün deyil, bütövlükdə Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını bildirib. Deputat vurğulayıb ki, beynəlxalq yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldıran idmançılarımız ölkəmizin idman şöhrətinin artırılmasına, dövlətimizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə mühüm töhfə verirlər.
Millət vəkili qeyd edib ki, Ayxan Mirzəzadənin Avropa çempionu adını qazanması gənclərimizin potensialının, əzmkarlığının və məqsədyönlü fəaliyyətinin bariz nümunəsidir. Belə nailiyyətlər gənc nəslin idmana marağını artırmaqla yanaşı, yeniyetmə və gənclər üçün də mühüm stimul yaradır. İdmançının uğurunda məşqçinin zəhmətini xüsusi qeyd edən deputat Nurlan Salmanovun da əməyini yüksək qiymətləndirib.
Novruzəli Aslanov ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından da bəhs edib. O bildirib ki, Prezident İlham Əliyevin idman sahəsinə xüsusi diqqəti, gənclərin hərtərəfli inkişafına yönələn siyasəti və idmançılar üçün yaradılan əlverişli şərait beynəlxalq arenalarda belə uğurların əldə olunmasında mühüm rol oynayır. Dövlətin həyata keçirdiyi ardıcıl gənclər və idman siyasəti Azərbaycan idmanının inkişafına, istedadlı gənclərin üzə çıxmasına və onların potensiallarını reallaşdırmalarına geniş imkanlar açır.
Avropa çempionu Ayxan Mirzəzadə və məşqçisi Nurlan Salmanov göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər. Görüş idmançılarımıza dəstəyin davam etdirilməsinin, onların nailiyyətlərinin cəmiyyətə tanıdılmasının və gənclərin idmana təşviq olunmasının vacibliyinin bir daha qeyd edilməsi ilə başa çatıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-09-2026