Mobil versiya
BMT qarşısında anti-İsrail etirazları davam edir
Tarix: 26-09-2026 | Saat: 16:47
Bölmə:Dünya | çapa göndər

BMT qarşısında anti-İsrail etirazları davam edir


Bu həftə dünyanın hər yerindən prezidentlər və siyasətçilər BMT zirvəsində çıxışlar edərkən, təşkilatın Nyu-Yorkdakı qərargahının qarşısında nümayişlər keçirilir.

aia.az xarici mediaya istinadla xəbər verir ki, toplaşan minlərlə etirazçı əsasən İsrailə qarşı şüarlar səsləndirirlər. Benyamin Netanyahunun çıxış etdiyi gün etirazlar daha da şiddətlənib.

Bildirilir ki, Nyu-Yorkdakı BMT qərargahına aparan küçələr tədbirdən əvvəl ictimaiyyət üçün tamamilə bağlanıb. Hətta körpülər, tunellər və ictimai nəqliyyat belə işləmir. Tədbirə yalnız icazəsi olanlar girib-çıxmaq hüququna malikdirlər. Qərargahın qarşısındakı küçədə minlərlə insan beş gündür etiraz aksiyaları keçirir. Onlar əsasən İsrailə qarşıdırlar və Netanyahunu qınayırlar.

İsrailin baş naziri 24 sentyabrda BMT-də çıxış edərkən əraziyə toplaşan insanların sayı daha da artıb. Onlar aşağıdakı məzmunda transparantlar qaldırıblar: "Netanyahuya ölüm", "Kimsə onu dayandırsın", "Müsəlman qırğını", "Uşaq qəssabı". ABŞ prezidenti Donald Tramp da Netanyahu ilə birlikdə şiddətlə qınanıb.

Nümayişlər təkcə İsrailə qarşı deyil, həm də Çin və İrana qarşı şüarlar qışqıqırblar. Etirazçılar Çində və İranda rejimlərə məhdudiyyətlər qoyulmasını tələb ediblər.

Bir çoxları Fələstin dövlətçiliyini və İsrailin Fələstinə qarşı zorakılığını pisləyiblər və azad Fələstin dövlətinin qurulmasına çağırıblar. Onlar əllərində lövhələr və Fələstin bayraqları tutublar.

Nyu-York polisinin çox sayda əməkdaşı nümayişlərin dinc şəkildə keçirilməsini təmin etmək üçün keşik çəkib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2026