Mobil versiya
Qızıl külçələrini ölkəyə qanunsuz gətirməkdə təqsirləndirilən vəzifəli şəxslərin məhkəməsi başlayır
Tarix: 06-09-2024 | Saat: 18:20
Bölmə:Şou-biznes | çapa göndər

Qızıl külçələrini ölkəyə qanunsuz gətirməkdə təqsirləndirilən vəzifəli şəxslərin məhkəməsi başlayır

Qaçaqmalçılıq yolu ilə qızıl külçələrini ölkəyə gətirməkdə təqsirləndirilən Dövlət Gömrük Komitəsin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan vəzifəli şəxslərinin cinayət işi üzrə ibdtidai istintaq tamamlanıb.

Bu barədə aia.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ibtidai istintaqla Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş əməkdaşı Dursunəliyev Pərvin Dursunəli oğlu ilə həmin Baş İdarənin Skanlaşdırma şöbəsinin inspektoru Mehdiyev Mənsur İlham oğlunun tanışları İbrahimov Əli Qüdrət oğlu ilə qabaqcadan əlbir olaraq 8 iyul 2024-cü il tarixdə Birləşmiş Ərəb Əmirliklərindən Əli İbrahimov tərəfindən alınan 190 min 400 manat dəyərində 5 ədəd qızıl külçənin hava limanının sərhəd buraxılış məntəqəsindən cinayətkar qrupun digər üzvlərinin köməkliyi ilə gizli şəkildə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilmişdir.

Toplanmış sübutlar əsasında Pərvin Dursunəliyev və Mənsur Mehdiyevə Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə), Əli İbrahimova isə həmin Məcəllənin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yekun ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-10-2024