Mobil versiya
İstanbulda 801 kiloqram narkotik ələ keçirildi
Tarix: 22-04-2025 | Saat: 09:34
Bölmə:Özəl | çapa göndər

İstanbulda 801 kiloqram narkotik ələ keçirildi

Daxili işlər naziri Ali Yerlikaya İstanbulda keçirilən əməliyyatda 801,5 kiloqram "metamfetamin"in ələ keçirildiyini və narkotik alverində şübhəli bilinən iki şəxsin tutulduğunu açıqlayıb.
Nazir Yerlikaya sosial media hesabında etdiyi paylaşımda əməliyyatın Gaziosmanpaşa Respublika Prokurorluğu və Təhlükəsizlik Baş İdarəsi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin koordinasiyasında İstanbul İl Polis İdarəsi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsi tərəfindən həyata keçirildiyini qeyd edib.
Nazir Yerlikaya, Arnavutköydə keçirilən əməliyyatda 29 ədəd 773 kiloqram maye metamfetamin və kristal formada 28,5 kiloqram metamfetamin ələ keçirildiyini və narkotik ticarəti ilə məşğul olmaqda şübhəli bilinən 2 şübhəlinin tutulduğunu bildirib.

Qaziosmanpaşa Respublika Prokurorluğunu və əməliyyatın koordinasiyasını həyata keçirən polis əməkdaşlarını təbrik edən Yerlikaya, "Narkomaniya bəşəriyyətin ən böyük düşmənidir. Bunu etməyə cəsarət edən narkotik tacirlərinə qarşı ölkəmiz və insanlıq adına mübarizəmizi davam etdirəcəyik" dedi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-05-2025