Mobil versiya
Sumqayıt Şəhər Bələdiyyəsinin sədri dəyişdi
Tarix: 19-05-2025 | Saat: 18:00
Bölmə:Gündəm | çapa göndər

Sumqayıt Şəhər Bələdiyyəsinin sədri dəyişdi

Bu ilin yanvar ayında formalaşmış Sumqayıt Şəhər Bələdiyyəsinin sədri dəyişib.

aia.az xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Orxan Adıgözəlzadə Bələdiyyə sədrliyindən çıxıb.

O, fəaliyyətini Bələdiyyə sədrinin müavini vəzifəsində davam etdirəcək. Sumqayıtın yeni Bələdiyyə sədri isə Xudadatov Adil Şirindil oğlu seçilib.

Qeyd edək ki, Orxan Adıgözəlzadə 44 günlük "Vətən müharibəsi" iştirakçısıdır. O, "Şuşanın azad olunmasına görə," Xocavəndin azad olunmasına görə"," Füzulinin azad olunmasına görə "," Zəfər " və" Vətən müharibəsi iştirakçısı "medalları ilə təltif edilib.

Adil Xudadatov isə daha əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində çalışıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-05-2025