Gürcüstandan 30-dan çox əcnəbi çıxarılıb
Tarix: 19-05-2025 | Saat: 20:51
Bölmə:Özəl | çapa göndər

Departamentin saytında yayılan məlumatda deyilir ki, Miqrasiya Departamenti Gürcüstan Daxili İşlər Nazirliyinin digər idarələri ilə sıx əməkdaşlıq edərək son günlər ərzində 33 xarici vətəndaşı ölkədən çıxarıb.
Xarici vətəndaşların bir qismi Gürcüstanı könüllü tərk edib, digərləri isə ölkədən zorla çıxarılıb. Deportasiya edilən şəxslərin ölkəyə girişi qanunvericiliyə uyğun olaraq qadağan edilib.
O cümlədən, Hindistan, Misir, İordaniya, Türkiyə, Pakistan, Çin, İran, Banqladeş, İraq, Rusiya, Azərbaycan və Türkmənistan vətəndaşları Gürcüstandan çıxarılıb. Aprel ayında Gürcüstandan 96 vətəndaş deportasiya edilib.
Əcnəbilər ölkədə qeyri-qanuni olduqda, ölkədə qalmaları Gürcüstanda dövlət təhlükəsizliyinə və ya ictimai asayişə zidd olduqda, habelə Gürcüstan qanunvericiliyini sistematik şəkildə pozduqda və ya cinayət törətdikdə Gürcüstandan çıxarıla bilər.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-05-2025