15 iyun – milli qurtuluş günü azərbaycan tarixinə qızıl hərflərlə yazılmış taleyüklü əhəmiyyəti olan günlərdən biridir.
Tarix: 10-06-2025 | Saat: 21:37
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan xalqı üçün 15 iyun təkcə bir təqvim günü deyil, dövlətçiliyimizin, sabitliyimizin və müstəqilliyimizin qorunub saxlanmasının simvoluna çevrilmiş müqəddəs bir tarixdir. 15 İyun – Milli Qurtuluş Günü, Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, dönüş nöqtəsi olan və taleyüklü bir gündür. 1993-cü ilin iyununda ölkədə hökm sürən vətəndaş qarşıdurması təhlükəsi, siyasi xaos və separatçılıq meylləri Azərbaycanın müstəqilliyinə ciddi təhdidlər yaradırdı. Məhz belə bir ağır və faciəvi bir məqamda xalqın çağırışı ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı və Azərbaycanı məhv olmaqdan xilas etdi.
1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan dövləti öz tarixinin ən çətin dövrünü yaşayırdı. Dövlət institutları demək olar ki, fəaliyyət göstərmirdi. Silahlı dəstələrin özbaşınalığı isə ölkəni vətəndaş müharibəsinə sürükləyirdi. 1993-cü ilin 4 iyun Gəncə hadisələri bu böhranı daha da dərinləşdirdi. Silahlı üsyan, dövlət məmurlarının girov götürülməsi və mərkəzi hakimiyyətə itaətsizlik ölkəni parçalanmanın bir addımlığına gətirib çıxarmışdı. Məhz belə bir vəziyyətdə xalqın və siyasi rəhbərliyin ümumi razılığı ilə Heydər Əliyevin Bakıya dəvət olunması Azərbaycan tarixində yeni bir səhifə açdı.
15 iyun 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkədə siyasi sabitliyin bərpasında həlledici rol oynadı. Onun zəngin siyasi təcrübəsi, dövlətçilik ənənələrinə sadiqliyi və qətiyyətli addımları sayəsində qısa müddətdə anarxiya və xaosa son qoyuldu və dövlətçiliyin təməli möhkəmləndirildi. Milli birlik və siyasi idarəetmə bərpa olundu, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Bu hadisə təkcə bir liderin hakimiyyətə qayıdışı deyildi-bu, xalqın öz xilaskarına inamının təntənəsi idi.
Milli Məclisin qərarı ilə 15 iyun tarixi Azərbaycan Xalqının Milli Qurtuluş Günü elan edildi və 1998-ci ildən etibarən dövlət bayramı kimi qeyd olunur. Bu gün həm də gələcək nəsillərə dövlətin və müstəqilliyin nə qədər ağır və müqəddəs bir dəyər olduğunu xatırladır.
Milli Qurtuluş Günü sadəcə keçmişə qayıdış deyil, həm də gələcəyə baxış günüdür. Bu tarix bizə göstərir ki, güclü liderlik, xalqın birliyi və dövlətə inam olduqda, ən dərin böhranlardan belə çıxış yolu tapmaq mümkündür. 15 iyun həm tariximizin dönüm nöqtəsi, həm də sabaha ümidimizin simvoludur. Bu gün müstəqil, müasir və güclü Azərbaycanın əsasını qoyan gün kimi hər bir vətəndaşın yaddaşında və qəlbində əbədi yaşayacaq.
Rəvanə Kərimova,
Nəsimi Rayon Gənci.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-06-2025
11-06-2025