NYT: Trampın İsrail və İran arasında atəşkəslə bağlı bəyanatı Amerika rəsmilərini təəccübləndirdi
Tarix: 24-06-2025 | Saat: 12:58
Bölmə:Özəl | çapa göndər

“The New York Times” məlumatlı mənbələrə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın İsrail və İran arasında atəşkəs razılaşması barədə açıqlaması onun administrasiyasındakı yüksək rütbəli məmurları belə təəccübləndirib.
İsrail iyunun 13-də İrana hücum edərək Tehranın “nüvə silahı əldə etməyə həmişəkindən daha yaxın” olduğunu bəyan etdi. İran buna cavab olaraq “Doğru vəd 3” əməliyyatına başladı. İyunun 22-də ABŞ İranın nüvə obyektlərinə zərbə endirib.
Və iyunun 24-nə keçən gecə ABŞ prezidenti Donald Tramp tərəflərin mərhələli atəşkəslə bağlı razılığa gəldiyini açıqladı. Amerika liderinin fikrincə, 24 saatdan sonra dünya “12 günlük müharibənin sonunu” görəcək.
Ağ Evin yüksək rütbəli rəsmisinin sözlərinə görə, Tramp bu barədə İsrailin baş naziri Binyamin Netanyahu və İran rəsmiləri ilə Qətərin vasitəçiliyi ilə apardığı danışıqlardan sonra açıqlama verib.
"[ABŞ prezidentinin] bəyanatı hətta bəzi yüksək vəzifəli Tramp administrasiyasının rəsmilərini təəccübləndirdi" dedi.
Mənbə həmçinin Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin atəşkəs danışıqlarında mühüm rol oynadığını qeyd edib. Vitse-prezident J.D.Vens, dövlət katibi Marko Rubio və xüsusi elçi Steven Witkoff da Trampa razılığa gəlməyə kömək ediblər.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-06-2025