Azərbaycan Ordusu dövlətin və millətin güvənc yerinə çevrilib
Tarix: 24-06-2025 | Saat: 15:29
Bölmə:Siyasət | çapa göndər

Bu gün Azərbaycan Ordusu Qafqazda ən müasir və qüdrətli Silahlı Qüvvə hesab olunur. Azərbaycan Ordusunun yaranmasında və nizami, peşəkar orduya çevrilməsində Ulu Öndər Heydər Əliyevin xüsusi xidmətləri olmuşdur. Belə ki, dövlət müstəqilliyi bərpa edildikdən sonra 1993-cü ilin yayında ölkədə yaranmış hakimiyyətsizliyi bərpa etmək üçün Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldi. Ulu Öndərin növbəti dəfə siyasi hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Məhz Onun 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Azərbaycan Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalayıb. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Preziden cənab İlham Əliyev də ordu quruculuğunu siyasi fəaliyyətinin prioriteti məsələsi hesab edirdi. Otuz ilə yaxın bir müddətdə Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçılıq siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il sentyabrın 27-də əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində tarixi Qələbə çalaraq möhtəşəm nailiyyətə imza atdı.
Hərbçilərimiz ötən dövrlərdə NATO, xüsusilə də qardaş Türkiyə ordusu ilə birgə hərbi təlimlərdə iştirak edərək ən müasir hərbi döyüş vərdişlərinə sahib oldular. Eyni zamanda, ölkəmizin müdafiə sənayesi gücləndirildi.
Cənab Prezident İlham Əliyev hakimiyyəti illərində Azərbaycan Ordusunu elə bir sarsılmaz gücə çevirdi, nəticədə 30 ilə yaxın işğalda qalan torpaqlarımız azad olundu, ərəzi bütövlüyümüə və suverenliyimiz bərpa edildi. Xüsusilə Vətən müharibəsindəki tarixi Qələbəmiz bir daha göstərdi ki, Azərbaycan regionda ən güclü orduya malikdir. 44 günlük Vətən müharibəsində işğal altındakı 8 rayonumuzu, bir qala şəhərimizi azad etdik. Bu, hər beş günə bir rayonun azad edilməsi demək idi. Postmüharibə dövründə Azərbaycan Ordusu daha da təkmilləşərək öz döyüş qabiliyyətini xeyli artırdı. Məhz bunun nəticəsidir ki, ordumuz Qarabağdakı separatçı- terrorçu xuntaya və onun hər növ silah və sursatla təmin edilmiş silahlılarına qarşı keçirdiyi lokal xarakterli antiterror tədbirlərini qısa müddətdə, uğurla başa çatdırdı. Xunta ağ bayraq qaldıraraq təslim olduğunu elan etdi. 23 saat 43 dəqiqəyə minlərlə kvadrat kilometr ərazi də işğalçılardan təmizləndi.
Qürurverici haldır ki, postmüharibə dövründə də ordumuzun döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması, onun müasir silah, hərbi texnika ilə təchizatı və bir sıra digər tədbirlər Azərbaycanın Ermənistan üzərində üstünlüyünün qorunub saxlanmasını təmin edir. Hazırda bir çox hərbi hissələrimiz azad edilmiş ərazilərimizə dislokasiya edilir və ya həmin ərazilərdə yeni hərbi hissələr, şəhərciklər salınır. Dislokasiya olunan bölmələrimizdə qoşun xidmətinin təşkili, şəxsi heyətin döyüş hazırlığının və qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, yeni hərbi infrastruktur obyektlərinin yaradılması, bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki, tibbi təminatın davamlı yüksəldilməsi, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi və bu kimi digər məsələlərin həlli gündəlik fəaliyyətin əsas prioritetlərindəndir.
Müzəffər Ali Baş Komandanımızın önəmli göstərişlərindən biri də müasir Komando hərbi hissələrinin təşkil edilməsi idi. Artıq bu tapşırıq da uğurla icra olunub. Belə ki, hazırda işğaldan azad edilmiş Xocavənd və Kəlbəcər rayonlarında Komando briqadaları yaradılıb. Sözügedən briqadaların yaradılması ölkəmiz üçün yenilikdir. Bu briqadalarda yüksək təlim keçmiş, iradəli və Vətən uğrunda özlərini fəda etməyə hazır olan hərbçilər xidmət edirlər. Komando briqadası ən son hərbi avadanlıq və silahlarla təchiz edilmiş müqaviləli mütəxəssislərdən ibarət daim hazırlıqlı, yüksək mobil hava-desant hücum birləşməsidir. Onlar günün istənilən vaxtında həm dağlıq, həm meşəlik ərazilərdə, həm də şəhər şəraitində hər an baş verə biləcək silahlı münaqişələrdə dərhal döyüşməyə hazırdırlar. Bu briqadalar təcrid olunmuş və ya əsas qüvvələrdən ayrı qaldığı halda vahid informasiya- kommunikasiya məkanında qalmaqla döyüş əməliyyatlarını aparmağa qadirdilər. Məhz bu qüdrətinə görə də yeni yaradılan Komando hərbi hissələri ermənilərin qorxulu röyasına çevrilib.
Prezident İlham Əliyevin də 2023-cü ildə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı xalqa müraciətində qeyd etdiyi kimi, biz ordu quruculuğu işində sistemli fəaliyyət göstərirdik və bu gün də göstəririk: «İkinci Qarabağ müharibəsindən sonra biz dayanmadıq, əksinə, irəliyə gedirik. Biz daim hazır olmalıyıq. Təhdidlər artır, təhlükələr artır və biz hər bir təhlükəni dəf etməyə qadir olmalıyıq. Bu gün də belədir. Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır - həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib. Ordu quruculuğu bu gün lazımi səviyyədə təmin edilir və bundan sonra da təmin ediləcəkdir».
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-06-2025