“Veysəloğlu”dan qida təhlükəsizliyi və keyfiyyət standartlarına dəstək: iki təlim bir məqsəd üçün… -Foto
Tarix: 25-06-2025 | Saat: 17:46
Bölmə:Ölkə | çapa göndər

Veysəloğlu Şirkətlər Qrupu elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində əməkdaşlarının və tərəfdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə iyun ayında iki önəmli təlim təşkil edib. Təlimlər Keyfiyyət Assosiasiyasının dəstəyi və təcrübəli təlimçilərinin iştirakı ilə həyata keçirilib.
Birinci təlim – “GLOBAL GAP: yaxşı kənd təsərrüfatı təcrübələri” mövzusunda maarifləndirici sessiya olub. Şirkətlər Qrupunun təşəbbüsü ilə təşkil edilən bu təlimdə keyfiyyət strukturlarında çalışan mütəxəssislərlə yanaşı, tərəfdaş şirkətlərin nümayəndələri də iştirak ediblər. Ümumilikdə 60 nəfərin qatıldığı təlimdə iştirakçılar beynəlxalq kənd təsərrüfatı standartları, məhsulun izlənəbilirliyi, təhlükəsizliyi və davamlı istehsal prosesi haqqında dərin bilgilər əldə ediblər. Təlim zamanı GLOBAL GAP sisteminin əsas prinsipləri, audit mərhələləri və real praktiki nümunələr əsasında müzakirələr aparılıb.
İkinci təlim isə iyunun 23-də keçirilib və “Məhsulların izlənilməsi, geri çağrılması və geri çəkilməsi” mövzusunu əhatə edib. Bu sessiyada iştirakçılar məhsulun tədarük zənciri üzrə izlənilməsinin əhəmiyyəti, həmçinin potensial risk vəziyyətlərində effektiv və vaxtında müdaxilə mexanizmləri ilə tanış olublar. Təlim interaktiv formatda baş tutub, real hadisələr və praktiki təcrübələr əsasında zənginləşdirilib.
Hər iki təşəbbüs, Veysəloğlu Şirkətlər Qrupunun qida təhlükəsizliyi və keyfiyyət mədəniyyətinin davamlı inkişafına verdiyi önəmin göstəricisidir. Şirkət olaraq, beynəlxalq standartlara uyğunluğu təmin etmək və bu istiqamətdə əməkdaşlarımızın biliklərini genişləndirmək istiqamətində fəaliyyətlərimizi davam etdirməkdə qərarlıyıq.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-06-2025